Abşeron rayonunda əhalinin müayinəsi uğurla davam etdirilir

 Səhiyyə müəssisələrində əhalinin tibbi müayinəsi uğurla davam etdrilir. Bu istiqamətdə zəruri tədbirlər Abşeron rayonunda da uğurla həyata keçirilir. Burada mütəxəssislər tərəfindən müayinələr xəstəxana ilə yanaşı birbaşa yerlərdə, ambulator məntəqələrdə aparılır.

Növbəti tədbir Ceyranbatan Həkimi Məntəqəsində keçirilib. Qastroenteroloq Ülviyyə Quliyeva “Helibacter pylori, qastritin səbəbləri” oftalmoloq Vüsalə Ələkbərova “Diabetik retinopatiya və Quru göz sindromu”, həkim-laborant Şəfa Süleymanova “laborator müayinələrin əsası və vacibliyi “ haqqında əhaliyə geniş məlumat veriblər.

“Helibacter pylori” infeksiyası bəzən fərqinə varmadığımız qastritdən başlamış mədə xərçənginə qədər yol aça bilər. HP yoluxma yolları əsasən hava-damcı vasitəsilə baş verir. HP müşahidə edilən xəstələrdə köpmə, mədədə qida qəbulundan sonra ağırlıq hissi, gəyirmə, bəzən isə gecə ağrıları olur. Əgər bu şikayətlər sizdə müşahidə olunarsa, həkimə müraciət etməyiniz mütləqdir. Müayinələr nəticəsində məlum olmuşdur ki, vaxtında bu infeksiyasının aşkar olunması və müalicəsi mədə xərçənginin qarşısını alır. ABŞ alimlərinin çoxsaylı tədqiqatlarına əsasən sarıkökün tərkibində olan kurkumin maddəsi HP-yə bakterosid təsir edir. Müasir üsullarla HP-ni qanda, əsasən nəfəs testi, nəcisdə HP antigeni vasitəsilə müayinə etmək olar.



13 Mart 2018
Bu mətn 791 dəfə oxunub