Stomatologiyanın tədrisində yenilik tətbiq olunub

  Azərbaycan Tibb Universitetinin (ATU) ortopedik stomatologiya kafedrasında tədris proqramında maraqlı yenilik tətbiq olunur. Bu haqda məlumat verən kafedra müdiri, professor Nazim Pənahov bildirir ki, yeni tədris proqramı universitetin rektorunun göstərişinə əsasən hazırlanıb.

2-3 qrup birlikdə 90 dəqiqə ərzində dişin formasını yonurlar. Hər dərsdə tələbələrə konkret bir dişin formasının yonulması tapşırığı verilir. Tələbələr əvvəlcə diş formasını sabundan əllə düzəldirlər. Bu üsulu yüksək səviyyədə mənimsəyən tələbə artıq yuxarı kurslarda sərbəst şəkildə ağızda estetik formaları işləyə biləcək.

Tələbələr yeni tədris metodunu böyük maraqla qarşılayıblar. Gələcəkdə kafedra daxilində tələbələrin ən yaxşı əl işlərindən ibarət kiçik muzeyin yaradılmasını da təklif edilib.

22 Noyabr 2018
Bu mətn 247 dəfə oxunub