Azərbaycanlı həkim Çində infeksion xəstəliklərin profilaktikası və nəzarəti ilə əlaqədar keçirilən seminarda iştirak edib

  Çin Xalq Respublikasının Ciangsu əyalətinin Vuşi şəhərində yerləşən Parazitar Xəstəliklər İnstitutunda “İnkişaf etməkdə olan ölkələr üçün infeksion xəstəliklərin profilaktikası və nəzarəti” mövzusunda seminar keçirilib. Dünyanın 19 ölkəsindən 60 nəfərin iştirak etdiyi seminarda ölkəmizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun mikrobiologiya və epidemiologiya kafedrasının assistenti Emin Dadaşov təmsil edib.

Seminar şistosomoz, HİV infeksiyası, vərəm və malyariya ilə əlaqəli epidemioloji vəziyyət, epidemiyalar zamanı aparılan müasir əks-epidemik tədbirlər və hazırda infeksion xəstəliklərin profilaktikası üçün görülən nəzarət tədbirləri kimi mövzuları əhatə edib. Bunlarla yanaşı Çin əhalisinin, xüsusən də uşaqların müxtəlif xəstəliklərdən qorunması üçün aparılan peyvəndləmə işi və Çin Xalq Respublikasının səhiyyə sisteminin strukturu və təşkili prinsipləri haqqında məlumatlar verilib. Seminarda qiymətləndirmə keçirilərək iştirakçılara sertifikatlar təqdim olunub.

7 Yanvar 2020
Bu mətn 182 dəfə oxunub