Tədris Cərrahiyyə Klinikasında xeyriyyə aksiyası keçirilib

  Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının Oftalmologiya şöbəsində ənənəvi xeyriyyə aksiyası keçirilib. Hər aksiya zamanı torpaqlarımızın ərazi bütövlüyündə iştirak edən, əlil olan, şəhid ailələri və o cümlədən ATU-da müvəffəqiyyətlə oxuyan aztəminatlı tələbələr ödənişsiz əməliyyat olunublar. Bu semestri müvəffəqiyyətlə başa vuran, aztəminatlı 2 tələbə ödənişsiz, 5 tələbə isə 50 faiz güzəştlə gözlərindən əməliyyat olunub.


Xeyriyyə aksiyaları əsasən Ümummilli lider Heydər Əliyevin doğum və anım günlərində, Azərbaycan oftalmologiyasının banilərindən biri olan, görkəmli alim Zərifə xanım Əliyevanın doğum günündə, Ramazan və Novruz bayramları ərəfəsində keçirilir.

Qeyd edək ki, ümumilikdə aksiya zamanı 134 tələbə əməliyyat olunub.

11 Fevral 2020
Bu mətn 94 dəfə oxunub