Tibbi Registerlər

Talassemiya və Hemofiliya xəstələrinin və daşıyıcılarının registri

2012-cu ildə yaradılmış bu registrlər Səhiyyə Nazirliyi tərəfindən tətbiq olunan elektron informasiya sistemləridir.
“Talassemiya xəstələrinin və daşıyıcılarının registri” qeydiyyat modulunda xəstələrin şəxsi məlumatları, tibbi məlumatları, genetik məlumatları, laborator analizləri və analizlərin cavabları, müalicə məlumatları və müalicə zamanı istifadə olunan preparatlar qeyd olunur. Qeyd olunanlar həmçinin Hemofiliya xəstələri üçün olan qeydiyyat moduluna da aiddir. Hazırda Talassemiya xəstələrinin registri Talassemiya Mərkəzində, Hemofiliya xəstələrinin registri isə Respublika Klinik Xəstəxanasında tətbiq olunmuşdur.