“Ağıllı” kontakt linzalar yaradılır

  “Ağıllı” kontakt linzaların istehsalı və satılması sahəsində əməkdaşlıq haqda saziş imzalanıb.

Texnologiyalar qeyri-invaziv datçik, mikrosxemlər və digər mikro-elektron aparatura ilə təchiz edilmiş kontakt linzalar təklif edirlər.

“Novartis”in təklif etdiyi “ağıllı” linzalar diabetli insanlar tərəfindən istifadə ediləcək və daimi olaraq göz yaşında qlükozanın səviyyəsini ölçəcəklər və bu məlumatları simsiz şəbəkə üzərindən mobil qurğulara göndərəcəklər.

Bundan başqa, əczaçı şirkət hesab edir ki, bu texnologiya, ahıl uzaqgörənliyindən əziyyət çəkən insanlara kömək edə bilər – “ağıllı” linzalar gözlərə dəyişən şəraitdə yaxında yerləşən müxtəlif obyektlərdə diqqəti cəmləşdirməyə kömək edə bilər.


ictnews.az

17 İyul 2014
Bu mətn 6357 dəfə oxunub