Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi Poliklinika proqram modulu üzrə təlimlər keçirilib.

 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın həyata keçirilməsi barədə” 01.07.2014-cü il tarixli 60 nömrəli və “Uşaqların icbari dispanserizasiyası zamanı müayinələrin və baxış keçirəcək ixtisaslı mütəxəssislərin siyahısı”nın təsdiq edilməsi barədə” 04.07.2013-çü il tarixli 71 saylı əmrlərinin icrasını təmin etmək və uşaqların icbari dispanserizasiyasının aparılmasının əsas sahələri üzrə statistik göstəricilərinin dinamikasının izlənilməsi və Dövlət Proqramının icrasına və həyata keçirilməsinə nəzarətin gücləndirilməsi və elektron qaydada məlumatların ötürülməsini təmin edilməsi məqsədilə, 20 oktyabr 2014-cü il tarixindən 23 oktyabr 2014-cü il tarixinədək Respublikanın rayonları üzrə müvafiq tibbi heyətə təlimlər keçirilir. Təlimçilər: Aynur Bağırova və Leyla Cumayeva
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.

23 Oktyabr 2014
Bu mətn 6797 dəfə oxunub