"Tibbi sosial ekspert komissiyasına göndəriş formalarının təsdiq edilməsi və elektron registrinin yaradılması"




"Tibbi sosial ekspert komissiyasına göndəriş formalarının təsdiq edilməsi və elektron registrinin yaradılması"

  Səhiyyə Nazirliyinin yeni elektron xidmətlərinin səhiyyə müəssisələrində tətbiq edilməsi prosesinin davamı olaraq, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 oktyabr tarixli 235 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron xidmət növlərinin Siyahısı”nın 14.12-ci bəndinə əsasən tibbi arayışların verilməsi işinin təkmilləşdirilməsi məqsədilə “Tibbi sosial ekspert komissiyasına göndəriş”in elektron registri yaradıldı.
Müvafiq tibbi arayışın səhiyyə müəssisələrində tətbiqi 01 Yanvar 2015 tarixindən etibarən “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”dən (VESKS) çap edilərək vətəndaşlara verilməsi ilə təmin ediləcəkdir.
Sistemin tətbiq olunacaq tibb müəssisələrində qurulması, təlimlərin müvafiq tibbi heyətə keçilməsi və texniki dəstəyinin göstərilməsi Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi (SİM) tərəfindən göstərilir.

18 Dekabr 2014
Bu mətn 24926 dəfə oxunub