Obliqat qrupa aid olan vətəndaşların işə buraxılma icazəsinin olması barədə SMS vasitəsilə xəbərdarlıq verilməsi


Xidmətin yaradılmasının əsası: “Tibbi Müayinə Kartı” sisteminin tətbiqi Qaydaları nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarı

Xidmətin məqsədi: Obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında olması

Xidmətdən istifadə qaydası: Obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə İCAZE sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) ilə göndərməli. Qısa müddət ərzində sistem vətəndaşın işə buraxılma icazəsinin olması barədə məlumatı abonentə göndərir.Xidmətdən Azercell, Bakcell, Azerfon(Nar) istifadəçiləri yararlana bilərlər.


Qısa messajın (SMS) nümunəsi:
Kimə: 9103
Text: İCAZE 000000000000