Obliqat qrupa aid olan vətəndaşların müayinə vaxtı barədə SMS xəbərdarlıq


Xidmətin yaradılmasının əsası: “Tibbi Müayinə Kartı” sisteminin tətbiqi Qaydaları nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 2006-cı il 12 iyun tarixli 142 nömrəli qərarı

Xidmətin məqsədi: Obliqat qrupa aid olan vətəndaşların tibbi müayinəsinin keyfiyyəti və vaxtında olması

Xidmətdən istifadə qaydası: Obliqat qrupa aid olan vətəndaş mobil telefon vasitəsilə 9103 nömrəsinə OBLİQAT sözünü və "Tibbi Müayinə Kartı"nın üzərindəki 12 rəqəmli Unikal kodunu qısa mesaj (SMS) göndərilir. Qısa müddət ərzində sistem vətandaşın növbəti müayinə tarixi barədə məlumat abonentə göndərir.Əgər müayinə yoxdursa ilkin müayinə tarixi barədə məlumat gondərilir.Xidmətdən Azercell, Bakcell, Azerfon(Nar) istifadəçiləri yararlana bilərlər.


Qısa messajın (SMS) nümunəsi:
Kimə: 9103
Text: OBLİQAT 000000000000