8 oktyabr 2015-ci il Dünya Görmə Günüdür

Dünya Görmə Günü (World Sight Day) Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə oktyabrın ikinci cümə axşamı günü qeyd olunur. Bu tarix korluq problemləri, görmə qabiliyyətinin pisləşməsi və göz pozğunluğu olan insanların reabilitasiyası kimi məsələlərə qlobal diqqətin çəkilməsi üçün təqvimə salınmışdır.
Korluğun qarşısının alınması üçün Beynəlxalq Korluğun Profilaktikası Agentliyinin məlumatına görə dünyada təxminən 300 milyon adamın 41 milyonu korluqdan əziyyət çəkir. Korluqdan əziyyət çəkən insanların 82% yaşı 50-dən yuxarı olanlardı.
Görmə problemləri olan insanların 19 milyonu uşaqlardır, onlardan 1,5 milyon uşaq tam korluqdan əziyyət çəkir. Dünyada hər il görmə problemləri ilə insanların sayı 45 min artır.
Korluq – görmə qabiliyyətinin itirilməsidir. Xroniki korluğun əsas səbəbləri katarakta, qlaukoma, gözün tor qişasındakı sarı ləkənin yaşlanma ilə əlaqədar degenerasiyası, buynuz qişasının ləkələnməsi, zədə, uşaqlarda anadangəlmə göz xəstəlikləridir. Dünyada, həmçinin, yaşın artması və nəzarət olunmayan şəkər xəstəliyi ilə bağlı korluqda geniş yayılmışdır.
Mütəxəssislərin rəyinə görə, vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80%-nin qarşısını almaq mümkündür.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivi həm Bakıda, həm Masallı Regional şöbəsində, həmçinin Səyyar klinika vasitəsi ilə Respublikanın bütün bölqələrində göz xəstəliklərinin müalicəsi və gözlərin qorunması ilə bağlı əhali arasında geniş maarifləndirici və profilaktiki tədbirləri, oftalmoloji xəstələrin müayinəsini və müalicəsini həyata keçirir.

8 Oktyabr 2015
Bu mətn 1277 dəfə oxunub