Dünya Səhiyyə Təşkilatı təcili tədbirlər görməyə çağırır

 Dünya Səhiyyə Təşkilatı (DST) iqlim dəyişməsinin təsirlərindən insanların sağlamlıqlarının qorunması üçün üzv-ölkələri təcili tədbirlər görməyə çağırır.

"Faktlar çox sarsıdıcıdır. İqlim dəyişikliyi insan sağlamlığı üçün təhlükə yaradır. Ancaq problemin həlli var və bu tendensiyanı dəyişmək üçün bizə qətiyyətlə hərəkət etmək lazımdır",- deyə DST-nin baş direktoru Marqaret Çen bildirib.

DST bildirir ki, qlobal iqlim dəyişikliyi XXI əsrdə səhiyyə üçün ən böyük təhlükədir. Peşəkar səhiyyə işçiləri indiki və gələcək nəsillərin qayğısına qalmağa, onların sağlamlıqlarının qorunması barədə düşünməyə borcludurlar. Dekabrda Birləşmiş Millətlər Təşkilatının Parisdə keçiriləcək konfransında bir sıra ölkələr iqlim dəyişmələri probleminin həlli üçün qlobal saziş əldə etməyə cəhd edəcəklər. Bu, iqlim dəyişikliyi və onun fəsadlarını azaltmaq baxımından əsrin ən mühüm sazişi ola bilər.

16 Oktyabr 2015
Bu mətn 1903 dəfə oxunub