Azərbaycan sahibkarları Hindistanda səhiyyə sərgilərində iştirak edə bilərlər

 2016-cı il yanvarın 7-də Hindistan Ticarət və Sənaye Palatası Federasiyasının təşkilatçılığı ilə Karnataka ştatının paytaxtı Banqalor şəhərində "İNDİA PHARMA-2016" və "İNDİA MEDİCAL EXPO 2016" adlı sərgilər keçiriləcək.
Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasından AZƏRTAC-a bildiriblər ki, sərgilərin əsas məqsədi Hindistanın əczaçılıq və tibb sahəsini dünyaya tanıtmaqdan, tibbi avadanlıqların və dərmanların sərgilənməsi və yeni investorların axtarışından ibarətdir. Sərgilər yanvarın 9-da başa çatacaq. Sərgilərdə iştirak etmək istəyən Azərbaycan sahibkarları Hindistanın Bakıdakı səfirliyinə müraciət edə bilərlər.

27 Oktyabr 2015
Bu mətn 1723 dəfə oxunub