Respublika Perinatal Mərkəzində NTİS üzrə təlimlər keçirilib.

    Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən Nümunəvi Tibbi-İnformasiya Sisteminin (NTİS) tətbiqi davam etdirilir. Növbəti tətbiq Respublika Perinatal Mərkəzində başlanmışdır.
Bununla əlaqədar Mərkəzdə Respublika Perinatal Mərkəzində daxili mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır, 36 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuş və hər birinə NTİS–in proqram təminatı yazılmışdır. Perinatal xəstəliklər və perinatal ölüm hallarının statistikasının aparılması üçün lazımi hesabat və statistik formalar sistemə daxil edilmiş və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin edilmişdir.
Burada NTİS-nin fəaliyyətini təmin etmək üçün tələb olan serverlər, əməliyyat sistemləri və müxtəlif servislər Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin və Akgün Yazılım şirkətinin mütəxəssisləri tərəfindən qurulmuşdur.
    04 fevral 2011–ci il tarixindən etibarən Respublika Perinatal Mərkəzində “Nümunəvi Tibbi İnformasiya Sistemi”nin proqram təminatının modulları üzrə təlimlərin keçirilməsinə başlanmışdır. Öncədən tərtib olunmuş təlim qrafikinə əsasən təlimlərdə 248 nəfər həkim və orta tibb işçiləri iştirak edir. Bu təlimlər sistemin Xəstə qeydiyyat/qəbul modulu – (Amblulator Qəbul modulu), Poliklinika modulu, Xəstənin xəstəxanada yatması, yatan xəstəyə nəzarət edilməsi və xəstənin çıxış əməliyyatları modulu (Stasionar Qəbul Modulu), Tibb bacısı nəzarəti və təşəbbüs modulu (Servis Modulu), Laboratoriya modulu, Əczanə modulu, Şəxsi heyət modulu (İşçi modulu), Şəxsi iş və arxiv modulu (Arxiv Modulu), Dieta modulu, Tibbi Mərkəz modulu (İdarəetmə modulu) , Radiologiya, Statistika və Maaş modulları üzrə ayrı – ayrı şəxsi heyətə keçiriləcəkdir. Artıq konsultativ qəbul şöbəsinin tibb qeydiyyatlıları, tibb bacıları və həkim heyətinə müvafiq modullar üzrə təlimlər verilmişdir. 14 fevral 2011–ci il tarixindən etibarən isə stasionar şöbələrin tibb personalına təlimlər keçirilir.



Respublika Perinatal Mərkəzində NTİS üzrə keçirilmiş təlimlərdən görüntülər