Sankt-Peterburqda qrip epidemiyası elan olunub

  Rusiya İstehlakçıların Hüquqlarının və İnsanların Rifahının Mühafizəsinə Nəzarət üzrə Federal Xidməti Sankt-Peterburqda qrip epidemiyasının yayıldığını rəsmən elan edib.

Xidmətin saytında dərc olunmuş məlumatda deyilir ki, şəhərdə qripə yoluxma epidemioloji səviyyədədir. Yanvarın 11-dən 17-dək qripin müxtəlif növlərinə yoluxma bir həftəlik səviyyədən 30 faiz çox olub. Xəstələrin 60 faizi uşaqlardır. Federal Xidmət Sankt-Peterburq hakimiyyət orqanlarına qapalı yerlərdə uşaqlar üçün mədəni və əyləncəli tədbirlərin keçirilməsindən imtina olunmasını tövsiyə edib.

Sankt-Peterburqda bu qış mövsümü ərzində qrip xəstəliyinin yayıldığı vaxtdan ölənlərin sayı 15 nəfərə çatıb.

23 Yanvar 2016
Bu mətn 1482 dəfə oxunub