Forma AZS-066 proqram modulu üzrə Təlimlər

    “2008-2012-ci illərdə Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi sığortanın tətbiqi Konsepsiyasının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 avqust 2008-ci il tarixli 179 nömrəli qərarına əsasən, Azərbaycanda tibbi xidmət təchizatçılarının yeni maliyyələşdirmə sisteminin işlənib-hazırlanması və sınaqdan keçirilməsi nəzərdə tutulur. Bunun üçün stasionar tibbi yardım göstərən müəssisələrin xərclərinin və xərc strukturunun təhlil olunması, hər bir xəstələnmə halı üzrə xərclərin hesablanması məqsədilə beynəlxalq təcrübədə ən geniş istifadə olunan kliniki-xərclər qrupunun Azərbaycan üçün işlənib–hazırlanması və bunları təmin edəcək məlumat bankının yaradılması zəruri hesab edilir.
    Qeyd olunanları nəzərə alaraq, xəstəxana xidmətlərinin maliyyələşdirmə sisteminin yeni modelinin yaradılması xəstəxanaların işinin səmərəliliyinin təhlil edilməsi məqsədilə Azərbaycanda səhiyyənin maliyyələşdirilməsinin yeni mexanizmlərinin işlənib hazırlanmasına, Azərbaycanda səhiyyənin yeni maliyyələşdirilməsi mexanizmlərinin tətbiqi məqsədilə stasionardan çıxanın tibbi kartasındakı ( AZS-066 nömrəli forma) məlumatların “Vətəndaşların Elektron Sağlamlıq Kartı” sisteminə daxil edilməsi üçün texniki tapşırığın və proqram modulunun hazırlanması, “Vətəndaşların Elektron Sağlamlıq Kartı” sistemində AZS-066 nömrəli forma üzrə məlumatların toplanması, müalicə-profilaktika müəssisələrinin tibb heyətinə proqram təminatının istifadəsi üzrə təlimlərin keçirilməsi başlanıldı.
    2010-cu il fevral ayının 15-dən 19-na kimi müvafiq təlimlər təşkil edildi. Təlimdə əvvəlcədən təyin edildiyi üzrə Bakı şəhərindən 3 saylı Şəhər Klinik Xəstəxanası, Ə. Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası, F. Əfəndiyev adına 4 saylı şəhər Klinik Xəstəxanası, E. Əfəndiyev adına 2 saylı şəhər Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 2 saylı Doğum Evi, 7 saylı Doğum Evi, 5 saylı Doğum Evi, Ə. Məlikov adına 6 saylı BŞX, Sumqayıt şəhərindən 1 saylı Doğum Evi, 2 saylı Doğum Evindən ümumiyyətlə 11 nəfər nümayəndə iştirak etdi. Təlimləri İnformasiya Texnologiyaları şöbəsinin baş mühəndis-proqramçısı Kərimov Zaur keçirtdi. Təlimlərin sonunda təlimin səmərəliliyini yoxlamaq məqsədilə testlər vasitəsilə tibb müəssisələrinin nümayəndələrinin bilikləri yoxlanıldı.

17 Fevral 2011
Bu mətn 17984 dəfə oxunub