Moskvada informasiyalaşdırma üzrə Rabitə Sahəsində Regional Əməkdaşlıq Komissiyası nəzdində teletəbabət üzrə Region işçi qrupunun 7-ci iclası keçirilib.

İşçi qrupunda Rabitə Sahəsində Regional Əməkdaşlıq administrasiyasının nümayəndələri, səhiyyə orqanları, Azərbaycan Respublikasının, Belarus Respublikasının, Qazaxstan Respublikasının, Qırğızıstan Respublikasının, Moldova Respublikasının, Rusiya Federasiyasının, Tacikistan Respublikasının və Ukraynanın teletəbabət sahəsinin mütəxəssisləri, eləcə də MDB İcraiyyə Komitəsinin və Rabitə Sahəsində Regional Əməkdaşlıq İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.
Müştərək iclasın iştirakçıları Razılaşma layihəsinə maddələr üzrə baxış keçirdilər. İclasda dövlət və MDB iştirakçıları tərəfindən olan tənqid və təklifləri müzakirə etdilər.
Rabitə Sahəsində Regional Əməkdaşlıq iştirakçılarının təklifi ilə MDB-də qanunvericilik modelinin və milli qanunvericiliyin 2005-2010-cu il perspektivli planına daxil edilən “Teletəbabət xidmətləri” qanun modelinin hazırlanmasının gedişatı barədə informasiyanı iclasın iştirakçıları müzakirə etdi.
İclas zamanı MDB ölkələrinin uyğun milli teletəbabət konsultasiya-diaqnostik sistemlərinnin yaradılması sahəsində əməkdaşlığı barədə MDB Memorandumun idarə edənləri tərəfindən imzalanmış fəsillərdə nəzərdə tutulan tədbirlərin MDB dövlətlərində keçirilməsi ilə bağlı aktual məsələlər də müzakirə olundu.