"Anadangəlmə ürək qüsurları: diaqnostika, klinika və müalicəsi" adlı təlim kursu keçirildi

  24 oktyabr - 4 noyabr 2016-cı il tarixlərində Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda pediatrlar, neonatoloqlar və reanimatoloqlar üçün “Anadangəlmə ürək qüsurları: diaqnostika, klinika və müalicəsi" adlı təlim kursu keçirilib.

Kardiologiya və Pediatriya kafedralarının birgə təşkilatçılığı ilə yenidoğulmuşlar və uşaqlarda anadangəlmə ürək qüsurlarının diaqnostikası, klinikası və müalicəsinə dair təlim kursunun məqsədi 10 gün müddətində mövzu üzrə həkimlərin bilik və bacarıqlarının təkmilləşdirilməsi idi.

Qeyd edək ki, Ə.Əliyev adına ADHTİ, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzi, Səhiyyə Nazirliyinin İSİM-nin mütəxəssisləri və həmçinin beynəlxalq ekspertlərin iştirakı ilə həyata keçirilən bu təlim Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 02.09.2014-cü il tarixli 87 nömrəli əmri ilə təsdiq edilmiş "Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair 2014-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin tədbirlər planının 3.4-cü yarımbəndində nəzərdə tutulmuş fəaliyyətlərin icrası məqsədilə Səhiyyə nazirliyinin 16.03.2016-cı il tarixli 57-S nömrəli Sərəncamına əsasən təşkil edilmişdir.

Kursda anadangəlmə ürək qüsurlarının diaqnostikasında EXOKQ-nin tətbiqi, EKQ və uşaqlarda aritmiyaların diaqnostikası və müalicəsi, invaziv kardioloji müdaxilələr, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, yenidogulmuslarda urək qusurlarinin erkən diaqnostikası, nəbz oksimetriyası ilə ürək qüsurlarının skrininqi, ürək qüsuru ilə doğulmuş körpələrin intensiv terapiyası və reanimasiyasının əsasları və s. mövzular müzakirə edilib.

Mövzu üzrə növbəti təlim kursu 2017-ci ilin fevral ayında keçiriləcək.

7 Noyabr 2016
Bu mətn 1387 dəfə oxunub