ET Travmatologiya və Ortopediya İnstitutunda tədbir keçirildi

  21.12.2016-cı il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda ilin yekunlarına dair mətbuat konfransı keçirilmişdir.

Tədbirdə çıxış edən İnstitutun direktoru Vaqif Verdiyev rəhbərlik etdiyi institutun tarixi haqda KİV nümayəndələrinə məlumat verdi.

Bildirildi ki, milli travmatologiya və ortopediya elminin yaranmasına, inkişafına, ölkə əhalisinin ixtisaslaşmış travmotoloji-ortopedik xidmət ilə təmin edilməsinə yönəlmiş ETTOİ-nin tarixi Azərbaycan və ümumən Sovet İttifaqında səhiyyə sisteminin inkişafı və o dövrdə cərəyan edən tarixi hadisələrlə sıx bağlıdır.Bu ixtisasın formalaşmasında görkəmli alim, cərrahlar, akademik M.A Topçubaşov, Z.M Məmmədov, A.H Tahirov və digərlərinin böyük rolu olub.

Bu gün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu həm travmatoloji və ortopedik xəstələrə yardım göstərən müəssisədir, həm də yüksək səviyyədə olan elm və tədris ocağıdır.

İnstitutun klinikası 200 çarpayıdan, 7 cərrahiyyə otağından ibarətdir. İl ərzində institut təqribən 9000 nəfər xəstələrə yardım göstərir, 7000 nəfərdən çox – ambulator, 1900 – stasionar. İldə 1500 yaxın cərrahi müdaxilə aparılır. İnstitutda 417 nəfər əməkdaş çalışır. Onlardan51 nəfər elmi işçi, о cümlədən 1 nəfər əməkdar elm xadimi,1 əməkdar həkim, 3 professor, 7elmlər doktoru və 16 nəfər fəlsəfə doktorudur.

İnstitutda yarandığı andan indiyədək 16 doktorluq, 63 namizədlik dissertasiyası müdafiə edilmişdir. İxtiralara görə 76 müəlliflik şəhadətnaməsi və patent, 92 səmərələşdirici təklifə görə vəsiqə alinmışdır. İnstitutun elmi işçiləri tərəfindən 21 monoqrafiya, kitab, vəsait, 18 metodik tövsiyə, 3 klinik protokol, 12 yaddaş kitabçası, 31 elmi məqalələr məcmuəsi, 1000-dən artıq elmi məqalə,17 «Azərbaycan Ortopediya və Travmatologiya Jurnalı» çap edilmişdir.

ETTOİ AR baş travmatoloji müəssəsi kimi regionlarda ənənəvi olaraq travmatoloji xidmətin təşkili,həkimlərin təkmilləşdirilməsində mühüm işlər aparır və periodik olaraq Azərbaycanın müxtəlif bölqələrində İnstitututn əməkdaşları və təkim edilmiş kuratorları tərəfindən əhalinin profilaktik müayinələri və müalicəsi aparılır. Mütamədi olaraq ETTOİ bölqələrdə elmi-praktik konfranslar və hər 3 ildən bir Azərbaycan travmatoloq və ortopedlərininin gurulatayini kecirir.

İnstitutun strukturuna 8 kliniki şöbə və 6 laboratoriya daxildir. ETTOİ-da dayaq hərəkət sisteminin zədələnmələri və anadangəlmə güsurlarının müalicəsində müasir texnologiyalar və üsullardan istifadə olunur.

Çoxsaylı, bir neçə sümüklərin sınıqları, çox qəlpəli oynaqdaxili sınıqları və onların fəsadları, çanaq sümüklərinin, xüsusən sirkə kasasının sınıqları, simfizin cırılması müasir üsullarla osteosintez edilir. İntramedullar ştiftləmə, xarici və internal fiksasiyadan istifadə olunur. Sümük şişləri və şişəbənzər xəstəliklərin displaziyalarının, sistem xəstəliklərinin, döşün anadangəlmə deformasiyalarının rekonstruktiv, bərpaedici müalicəsi, böyük oynaqlarının endoprotezləşdirməsi və onların reviziya əməliyyatları aparılır. Onurğa patologiyaları, deformasiyaları və travmaları zamanı transpedikilyar fiksasiya və müasir cərrahi əməliyyatlar həyata keçirilir. Ətrafların deformasiyaları, qısalıqları İlizarov üsulları ilə cərrahi korreksiya edilir. Anadangəlmə dayaq-hərəkət sistemində təsadüf edilən deformasiyalarının və xəstəliklərin diaqnostikası və cərrahi müalicəsi zamana uyğun səviyyədə aparılmışdır və böyük nailiyyətlər əldə edilmişdir. Dayaq-hərəkət sisteminin müxtəlif etiologiyalı osteomielitləri, açıq infeksiyalaşmış sınıqları, yumşaq toxumaların irinli-iltihabi proseslərinin müalicəsi, yuxarı və aşağı ətrafların dəri, vətər, əzələ, sinir və s. yumşaq toxuma elementlərinin deffektinin rekonstruktiv-bərpa müalicəsi.

İnstitut (travmatologiya və ortopediya cərrahiyəsi üzrə beynəlxalq cəmiyyət), Beynəlxalq Səhiyyə Təşkilatı, (İlizarov üsullarının tədqiqatı üzrə beynəlxalq assosiasiyası) Türkiyənin EGE Universiteti və Hacəttəpə Universiteti, Belarusaya Travmatologiya və Ortopediya institutu, Rusiya Federasiyasının Q.İ.Turner adına Elmi-tədqiqat uşaq ortopediya institutu, Almaniya ASKLEPİOS Klinikikası və s. Tanınmış klinikalar Ilə müqavilələr imzalamış sıx iş birliyi qurmuşdur.

21 Dekabr 2016
Bu mətn 826 dəfə oxunub