Nümunəvi tibbi-informasiya sistemi

Ümumi məlumat

    Azərbaycan Respublikası Prezidentinin 21 oktyabr 2005-ci il tarixli 1055 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” yerinə yetirilməsi üzrə Tədbirlər planının 7.3.12-ci bəndinə əsasən Səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin hazırlanması və tətbiqinə 2007-ci ildən başlanmışdır. Səhiyyə myəssisələrinin fəaliyyətini təmin edən nümunəvi tibbi-informasiya sisteminin (NTİS) tətbiqi məqsədilə müxtəlif xəstəxana informasiya sistemləri təhlil edilmişdir. Təhlillərin və analizlərin nəticəsində ən müasir tələblərə uyğun və tibbi informasiya sahəsində tətbiq edilmiş bütün standartlara cavab verən Türkiyə Respublikasında çoxsaylı uğurlu tətbiqləri və 15 illik təcrübəsi olan “Akgün Yazılım” şirkətinin tibbi informasiya sistemi seçilmişdir.
    Sistem tibb müəssisələrinin tibbi, inzibati, təsərrüfat və digər fəaliyyətini əhatə edən proseslərin və proseduraların kağız daşıyıcılardan elektron informasiya sisteminə keçirilmə vasitəsi ilə daha dəqiq təqib olunması, analitik və hesabat məlumatlarının operativ əldə olunması, uzun müddət ərzində toplanan məlumatların arxivləşdirilməsi, istənilən zaman vətəndaşların tibbi müayinə və müalicə məlumatlarının operativ şəkildə əldə olunmasına imkan yaradır.
    Sistemin məqsədi vətəndaşların sağlamlığı üçün aparılan müəyyən tibbi proseslərin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal məlumat bazalarının yaradılması, proseslərdə iştirak edən qurumlar arasında məlumat mübadiləsinin səmərəliliyinin artırılması, vətəndaşlara daha keyfiyyətli və müasir tibbi xidmət göstərilməsidir.
    Sistem aşağıda qeyd olunan tibb müəssisələrində tətbiq oluna bilər:
  1. Doğuşayardım tibb müəssisələrində.
  2. Çoxprofilli və ixtisaslaşdırılmış tibb müəssisələrində və klinik xəstəxanalarda.
  3. Ambulator-poliklinik tibb müəssisələrində.
    Eyni zamanda tibb sahəsində istifadə olunan ən yeni digər altsistemlərinin tətbiqi NTİS-i çərçivəsində həyata keçirilir. Belə ki, dünya standartı (DİCOM) protokolunu istifadə edən görüntülərin arxivləşməsi və ötürülməsi sistemi (PACS), Labotaror müayinələrinin avtomatlaşdırılması sistemi (LİS) və digərlərini burada qeyd etmək olar. Ümumiyyətlə NTİS 22 proqram təminatı modulundan və 2 altsistemdən ibarətdir.
    Nümunəvi Tibbi-İnformasiya Sisteminin tətbiqi 2008-ci ildə Səhiyyə Nazirliyi Kliniki Tibbi Mərkəzində başlayaraq 2 il ərzində daha 4 tibb müəssisəsində qurulub.
    Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli 1056 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “ Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı”nın (Elektron Azərbaycan)” 7.2.3.6-cı bəndinə əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 2011-2012-ci illərdə NTİS-nin 10 yeni tibb müəssisəsində tətbiqi edilməsi nəzərdə tutulur.

Kliniki Tibbi Mərkəz

    Kliniki Tibbi Mərkəzdə İT infrastrukturun qurulması işlərinə 2008-ci ildə təmir tikinti işləri zamanı başlanmışdır. Bu mərkəz Cənubi Qafqazda ən böyük xəstəxana olduğundan burada miqyas etibarilə ən böyük kompüter şəbəkə sistemi qurulmuşdur. Mərkəzin 9 korpusu fiberoptik kabel vasitəsilə əlaqələndirilmiş, hər korpusda idarəolunan çoxportlu kommutatorlar (switch) quraşdırılmışdır. Quraşdırılmış şəbəkə sistemi bir domen altında 160 kompüteri əhatə edir.
    Mərkəzdə səhiyyə müəssisələrinin fəaliyyətini təmin edən «Nümunəvi Tibbi İnformasiya Sistemi» qurulmuşdur. Bu sistemin qurulması böyük İT infrastrukturunun yaradılmasını tələb etdiyindən müəssisədə aşağıdakı mərkəzi server sistemi, əməliyyat sistemləri qurulmuş, müxtəlif sistem və altsistemlər yaradılmışdır.
    Kompüter şəbəkəsində olan kompüterlərin və istifadəçilərin vahid bazasını yaratmaq, onlara nəzarəti bir yerdən həyata keçirmək məqsədilə Domen sistemi yaradılmışdır. İnternetin paylanmasına, internet təhlükəsizliyinə və şəbəkəyə kənar müdaxilələrin qarşısını almaq məqsədilə proksi və firewall server quraşdırılmışdır. Oracle 10g üzərində qurulmuş məlumat bazası 2 ədəd məlumat bazası serverləri NTİS-in proqram təminatının bazasının yaradılması məqsədilə qurulmuşdur. Bu 2 ədəd server klaster texnologiyası ilə birləşdirilərək sistemin fasiləsiz və davamlı fəaliyyətini təmin edir.
    Radioloji avadanlıqların sistemlə inteqrasiyası məqsədilə Picture Archiving and Communications Sistem (PACS) altsistemi qurulmuşdur. Bu sistemin fəaliyyəti üçün PACS server qurulmuşdur. 3 ədəd PACS serverlər əməliyyat sistemi Linux Suse 9 üzərindədir. PACS server rentgen, angioqrafiya, kompüter tomoqrafiyası, maqnit rezonansı tomoqrafiyası çəkilişlərinin görüntülərini elektron arxiv formatda saxlamağa imkan verir. Görüntülərin elektron arxivdə saxlanması vaxt itkisinə yol vermədən istənilən zaman şəbəkə daxilində və internetdən daxil olmaqla radioloji görüntülərə baxmaq və tədqiq etməyə imkan verir. KT, MRT, rentgen şəkillərinin sürətli çapı məqsədilə DİCOM 3.0 protokolu ilə işləyən xüsusi DİCOM PRİNTER quraşdırılmışdır. Əməliyyatın gedişatı zamanı xəstənin radioloji (PACS) görüntülərini əldə etmək məqsədilə əməliyyat zalının birində divara yerləşdirilmiş xüsusi PC(monitor) quraşdırılıb.
    NTIS–in Laborator Müayinələrinin Avtomatlaşdırılması Altsistemi (LİS) müəssisədə qurulmuşdur ki, bu sistem laboratoriyanın fəaliyyətini avtomatlaşdırmağa imkan verir. Burada bütün avtomat rejimdə işləyən avadanlıqlar sistemə inteqrasiya olunur. Stasionar və ambulator şöbələrdən edilən analiz istəklərinə cavab avtomatik olaraq sistemə transfer edilir. Hesabatın sənəd formasında çıxarılması isə prosesi sadələşdirilir .
    İnformasiyanın bir yerdə saxlanması və arxivləşdirilməsi məqsədilə KTM-də xüsusi server (Storage Server) qurulmuşdur. Bütün serverlər tərəfindən istifadədə olan fayllar və mübadilə prosesində iştirak edən informasiya bu server-də toplanılır. Digər serverlər ilə bu server arasında sürətli bağlantı yaradılmışdır. Bu da çox böyük həcmli faylların (video, radioloji görüntülər) sürətli mübadiləsini təmin edir.
    Serverlərdə toplanan informasiyanın təhlükəsizliyinin təmin edilməsi üçün onların ehtiyat surətinin çıxarılması təmin edilib. Mütəmadi olaraq məlumatların ehtiyat sürətləri kasset və ya storage serverdə toplanılır.
    Xəstəxanaya müraciət edən xəstələrin yaxınlarının xəstələri haqqında operativ məlumat əldə etmək imkanı yaratmaq üçün İNFORMASİYA KÖŞKLƏRİ quraşdırılıb və sistemə qoşulub. Bu köşklər NTİS-in Kiosk cihazı modulu vasitəsi ilə fəaliyyət göstərir.
    Teletibb texnologiyasının tətbiqi sahəsində Kliniki Tibbi Mərkəzdə də bir sıra işlər görülüb. Tədris korpusunda əməliyyat prosesini birbaşa izləmək məqsədi ilə tədris otaqları və Cərrahiyə Korpusunun əməliyyat zalları arasında geniş zolaqlı kompüter şəbəkəsi yaradılıb, tədris otaqlarında böyük ekran və əməliyyat zallarında xüsusi kameralar quraşdırılıb. İstənilən zaman bu və digər tibbi görüntüləri internet üzərindən uzaqdan izləmək imkanı yaradılıb.
    KTM–də NTİS–in qurulması ilə əlaqədar 240 nəfər tibb personalına ümumi kompüter biliklərinin artırılması və sistemlə işləmək üçün genişmiqyaslı təlimlər keçirilmişdir.
    Hal-hazırda KTM-də Sistem artıq tam fəaliyyət göstərir və digər müəssisələrdə qurulmaq üçün nümunə rolu oynayır.

Respublika Kliniki Uroloji xəstəxanası

    Respublika Kliniki Uroloji xəstəxanasında iri şəbəkə infrastrukturu qurulmuşdur. Burada 48 fərdi kompüter şəbəkəyə qoşulmuş və bir domen altında sistemə inteqrasiya edilmişdir. NTİS–in qurulmasına 2010–cu ilin aprel ayında başlanmışdır. 116 nəfər tibbi heyət üçün təlimlər keçirilmişdir. Hal–hazırda sistemə 1000-dən çox xəstə haqqında məlumat daxil edilmişdir. Sistemdə vaxtaşırı yenilənmələr həyata keçirilir ki, bu da sistem istifadəçilərinin işinin sürətləndirilməsi və effektivliyinin artırılmasına xidmət edir.
    Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
    Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır.NTİS-in modulları müəssisədə qurulmuşdur.

Respublika Talassemiya Mərkəzi

    Respublika Talassemiya Mərkəzində mərkəzləşdirilmiş kompüter şəbəkəsi infrastrukturu qurulmuşdur. Eyni zamanda 26 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuşdur. 18 nəfərdən ibarət tibbi heyətə treninqlər keçirilmişdir. 500–dən çox talassemiyalı xəstənin ilkin məlumatları bazaya daxil edilmişdir. Dövri olaraq qanköçürmə və müayinəyə gələn xəstələrin müayinə nəticələri, qanköçürmə haqqında məlumatlar və digər tibbi sərflərlə bağlı məlumatlar gündəlik olaraq bazaya daxil edilir. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir. NTİS-in modulları müəssisədə qurulmuşdur.

Respublika Perinatal Mərkəzi

    Respublika Perinatal Mərkəzində 36 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuş və hər birinə NTİS–in proqram təminatı yazılmışdır. 249 nəfərdən ibarət tibbi heyətə treninq keçirilmişdir. Sistemə çox sayda xəstə haqqında məlumat və əməliyyatlar daxil edilmişdir. Perinatal xəstəliklər və perinatal ölüm hallarının statistikasının aparılması üçün lazımi hesabat və statistik formalar sistemə daxil edilmiş və istənilən vaxtda çap edilərək sistemdən çıxarılması təmin edilmişdir.
    Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
    Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır.NTİS-in modulları müəssisədə qurulmuşdur.

M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzi

    Mərkəzdə 60-a yaxın fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuş və hər birinə NTİS – in proqram təminatı yazılmışdır. Mərkəz haqqında ilkin məlumatlar bazaya daxil edilmişdir. Tibbi heyətə treninqlərin keçirilməsi davam etdirilir. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
    Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır.NTİS-in modulları müəssisədə qurulur. Mərkəzdə PACS altsisteminin qurulması planlaşdırılır.

28 saylı Birləşmiş Şəhər Xəstəxanası

    28 saylı Birləşmiş Şəhər Xəstəxanasında iki korpus arasında vahid şəbəkə sistemi qurulmuşdur. Burada 20 fərdi kompüter şəbəkəyə qoşulmuş və tibbi heyyətin istifadəsinə verilmişdir. Müəssisədə NTİS-in qurulmasına 2012-ci ilin avqust ayında başlanmışdır. Həmçinin sistemlə əlaqədar təlimlər keçirilmişdir. Hal-hazırda xəstəxanaya müraciət edən hər bir xəstənin məlumatları vahid bazada qeydə alınır. Bundan əlavə system istifadəçilərinin işinin sürətləndirilməsi və effektliliyinin artırılması üçün vaxtaşırı sistemdə yenilənmələr həyata keçirilir.
    Bütün xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır və NTİS modulları qurulmuşdur.

1 saylı Respublika Uşaq Klinik Xəstəxanası

    Respublika Uşaq Kliniki Xəstəxnasında mərkəzləşdirilmiş kompüter şəbəkəsi infrastrukturu qurulmuşdur. Eyni zamanda 33 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuşdur. 200 nəfərdən ibarət tibbi heyətə treninqlər keçirilmişdir. 500–dən çox uşağın ilkin məlumatları bazaya daxil edilmişdir. Xəstəxanaya müraciət edən xəstələrin bütün məlumatları gündəlik olaraq bazaya əlavə olunur. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
    NTİS-in modulları müəssisədə qurulmuşdur.

Qarayev adına 2 saylı Uşaq Klinik Xəstəxanası

    Qarayev adına 2 saylı UKX-da daxili şəbəkə qurulmuşdur, 20 ədəd fərdi komputerlə təchiz olunmuşdur ki, bu kompüterlər də bir domen altında birləşdirilmişdir. Klinikada 400 dən çox tibbi personala treninqlər keçirilmişdir və 2012-ci ildən etibarən NTİS qurulmuşdur. Xəstəxanaya müraciət edən uşaqların hər birinin məlumatları bazaya qeydə alınır. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
    NTİS-in bütün modulları müəssisədə qurulmuşdur.

Respublika Uşaq Nevroloji Xəstəxanası

    Respublika Uşaq Nevroloji xəstəxanasında iri şəbəkə infrastrukturu qurulmuşdur. Burada 25 fərdi kompüter şəbəkəyə qoşulmuş və bir domen altında sistemə inteqrasiya edilmişdir. NTİS–in qurulmasına 2012–ci ilin sentyabr ayında başlanmışdır. 116 nəfər tibbi heyət üçün təlimlər keçirilmişdir. Hal–hazırda sistemə 3000-dən çox xəstə haqqında məlumat daxil edilmişdir. Sistemdə vaxtaşırı yenilənmələr həyata keçirilir ki, bu da sistem istifadəçilərinin işinin sürətləndirilməsi və effektivliyinin artırılmasına xidmət edir. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
   Xəstəxana daxilində mərkəzləşdirilmiş kompüter şəbəkəsi quraşdırılmışdır.NTİS-in modulları müəssisədə qurulmuşdur.

3 saylı Vərəm Əleyhinə Dispanser

    3 saylı Vərəm Əleyhinə Dispanserdə mərkəzləşdirilmiş kompüter şəbəkəsi infrastrukturu qurulmuşdur. Eyni zamanda 15 fərdi kompüter bir domen altında şəbəkəyə qoşulmuşdur. 14 nəfərdən ibarət tibbi heyətə treninqlər keçirilmişdir. 50–dən çox vərəm qeydiyyatlı xəstənin ilkin məlumatları bazaya daxil edilmişdir. Dövri olaraq müayinəyə gələn xəstələrin müayinə nəticələri, rentgen haqqında məlumatları və digər tibbi sərflərlə bağlı məlumatlar gündəlik olaraq bazaya daxil edilir. Burada qurulmuş server, əməliyyat sistemləri və müxtəlif servislər standart olaraq Kliniki Tibbi Mərkəzdə qurulan sistemlə eynidir.
  NTİS-in modulları müəssisədə qurulmuşdur.