Səhiyyə naziri Oqtay Şirəliyev Əmr imzalayıb

  Səhiyyə naziri Oqtay Şirəliyev 2018-ci ildə Bakı şəhərində keçirilməsi planlaşdırılan Velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının təşkilinə dair Əmr imzalayıb.

Əmrdə BMX (Velopark) stadionunda tibb məntəqəsinin yaradılması və yarış zamanı tibb xidmətlərinin göstərilməsi, çempionat iştirakçılarının, qonaqların yaşayacaqları yerlərdə təcili tibbi yardım maşınlarının növbətçiliyini təmin edilməsi kimi tapşırıqlar əks olunub.

Həmçinin, çempionatın keçiriləcəyi müddət ərzində ehtiyac olduğu halda çempionat iştirakçılarının və qonaqların hospitalizasiyasını Bakı şəhər Kliniki Tibbi mərkəzində yerləşdirilməsi, digər tibb müəssisələrinə müraciət olunan zaman çempionat iştirakçılarına və qonaqlara yüksək səviyyəli tibbi yardımın göstərilməsi, nümayəndə heyətləri üçün nəzərdə tutulmuş mehmanxanalarda sanitariya-gigiyena qaydalarına əməl olunmasına nəzarətin artırılması, stadionda tibbi xidmətlərin göstərilməsi üçün avadanlıq, tibbi ləvazimatların təminatı və təşkilinə dair tapşırılar verilir.

9 Fevral 2018
Bu mətn 1025 dəfə oxunub