Səhiyyə nazirinin müavini Bakıda keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammitində çıxış edib
06/20/2024
İyunun 18-dən 20-dək Bakıda “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti keçirilir.
Tədbirdə “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” təşkilatlarının idarəedici direktoru Kelli Uillis, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ətraf Mühit, İqlim Dəyişikliyi və Sağlamlıq Departamentinin direktoru Maria Neira, Azərbaycan səhiyyə nazirinin müavini Nadir Zeynalov, COP28-in Baş direktoru Məcid Əl Süvaidi və digərləri çıxış ediblər.
Həmçinin, ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesusun tədbir iştirakçılarına videomüraciəti yayımlanıb.
“İqlim və insan sağlamlığı” mövzusunda çıxış edən Nadir Zeynalov qeyd edib ki, 3 gün davam edən sammitin məqsədi iqlim dəyişikliyi və onun insan sağlamlığına təsirlərini müzakirə etmək üçün iqlim və səhiyyə icmalarını bir araya toplamaq, eləcə də “məlumatlılıqdan fəaliyyətə” birlikdə hərəkət etmək imkanları və strategiyalarını müəyyənləşdirməkdir. Onun sözlərinə görə, sammit səhiyyə, iqlim və inkişaf sahələri üzrə qlobal liderləri bir araya gətirir və ötən COP28 çərçivəsində Əbu-Dabidə baş tutan analoji tədbirin uğuruna əsaslanır.
Mənbə: sehiyye.gov.az