Şöbə müdiri

09/29/2025

Şöbə: Elektron səhiyyə standartları və təsnifatlarının nəşriyyatı şöbəsi
İş yeri: Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzi
Əmək haqqı: 1000 - 1500
Vəzifə: Şöbə müdiri

Vəzifə öhdəlikləri
Elektron səhiyyə üzrə beynəlxalq və yerli standartların tətbiqini təşkil etmək və icrasına nəzarət etmək;
Elektron səhiyyə sahəsində tibbi təsnifat sistemləri və digər beynəlxalq və yerli standartların tətbiqi, adaptasiyası və nəşrini təmin etmək
Normativ sənədlərin hazırlanmasını təşkil etmək və icrasına nəzarət etmək;
Şöbənin fəaliyyətini planlaşdırmaq, əməkdaşların işini koordinasiya və idarə etmək;
Elektron səhiyyə sahəsində yeni texnologiyaların və metodologiyaların tətbiqinə dəstək vermək.

Namizəd üçün tələblər
Ali təhsil (tibb, informasiya texnologiyaları və ya idarəetmə sahəsi üstünlükdür);
Minimum 5 il iş təcrübəsi, o cümlədən 2-3 il rəhbər vəzifədə təcrübə;
Elektron səhiyyə, tibbi təsnifat sistemləri və beynəlxalq standartlar (ICD, SNOMED, HL7, FHIR və s.) üzrə biliklər;
Analitik düşüncə, strateji planlaşdırma və idarəetmə bacarıqları;
Komanda ilə işləmək və beynəlxalq əməkdaşlıq qurmaq bacarığı;
Yaxşı səviyyədə ingilis dili biliyi.

Üstünlük verilir
Elektron səhiyyə layihələrində iştirak təcrübəsinə;
Beynəlxalq təlimlərdə, konfranslarda və işçi qruplarda iştirakına;
İT sistemləri və məlumat idarəçiliyi üzrə əlavə biliklərə

mövzu hissəsində "Şöbə müdiri yazmaqla CV göndərin