Tez-tez verilən suallar

                   Siz, Sertifikasiya imtahanından uğurla keçmisinizsə, Səhiyyə Nazirliyinin təqdim etdiyi
elektron xidmətlər vasitəsilə Sertifikasiya şəhadətnamənizi elektron olaraq əldə edə
bilərsiniz. Bunun üçün ilkin olaraq kabinet.e-sehiyye.az saytından qeydiyyatdan keçməlisiniz.
Daha sonra “Sertifikasiya şəhadətnaməsinin çapı” xidməti vasitəsilə şəhadətnamənizi çap edə
bilərsiniz.

                   Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçilərinin Azərbaycan Respublikasında tibbi və
əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq
komissiyasında sənədlərini təsdiq etməlidirlər. Müvafiq sənədlərin qəbulu internet vasitəsi ilə
həyata keçirilir. Xidmətdən yararlanmaq üçün ilkin olaraq
kabinet.e-sehiyye.az saytına daxil olaraq qeydiyyatdan keçməlisiniz. Daha sonra
“Müraciətlərim” bölməsindən “Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan
sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və
sənədlərin qəbulu” xidməti vasitəsilə müraciət edə bilərsiniz. Ərizə qəbulu ilə bağlı tələb
olunan sənədlər aşağıdakılardır:
1. Xarici pasport (tərcüməsi və Respublika ərazisindən çıxış-giriş səhifələrinin notarial
qaydada təsdiqi)
2.Ali təhsil haqqında sənədin (diplomun) surəti (xarici dövlətlərin ali təhsil sahəsində
ixtisasları Azərbaycan Respublikasının ekvivalentliyi müəyyən edilməklə (Təhsil Nazirliyində
nostrifikasiya olunmuş Şəhadətnamələrin surəti))
3. İxtisaslaşma haqqında sənədin tərcüməsi və notarial qaydada təsdiqi (rezidentura,
internatura, kliniki ordinatura, onların tərcüməsi və notarial qaydada təsdiqi)
4.Şəxsiyyət vəsiqəsinin surəti – Xarici vətəndaşlar üçün Müvəqqəti və ya Daimi yaşama icazəsi
vəsiqəsi
5.Əmək kitabçasının notarial qaydada və ya işlədiyi müəssisənin kadrlar xidməti tərəfindən
təsdiq olunmuş surəti (ilk dəfə əmək fəaliyyətinə başlıyanlar istisna olmaqla)
6. Diplomun Azərbaycan dilinə tərcüməsi və notarial qaydada təsdiqi
7. Orta təhsil haqqında attestat sənədin surəti (yalnızca orta tibb işçilərinə aiddir)
8. Nigah haqqında şəhadətnamənin surəti ( diplomda qeyd olunan soyadla şəxsiyyət
vəsiqəsindəki soyad fərqlidirsə)
Qeyd: Yuxarıda qeyd olunan sənədləri online şəkildə göndərdikdən sonra həmin sənədləri əl
ilə Səhiyyə Nazirliyinə təqdim etməlisiniz.

                   Azərbaycan Respublikası Prezidentinin 05 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın
icrası ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 18 yanvar 2013-cü il
tarixli 3 nömrəli qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində
vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır. Bununla
bağlı kabinet.e-sehiyye.az saytından qeydiyyat keçməli və “Müraciətlərim” bölməsindən
“Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində işə qəbulla bağlı keçiriləcək

müsabiqələrdə iştirak etmək üçün müraciət və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə
müraciət edə bilərsiniz.

                   Siz, Tibb kadrlarının vahid registrindən çıxarışı işlədiyiniz tibb müəssisəsinin Kadrlar
şöbəsindən əldə etməklə yanaşı həmçinin kabinet.e-sehiyye.az saytından qeydiyyatdan
keçməklə əldə edə bilərsiniz. Qeydiyyatdan keçdikdən sonra “Məlumatlarım” bölməsindən
“Tibb kadrların vahid registrindən məlumatın verilməsi” xidməti vasitəsilə registrdən çıxarış
əldə edə bilərsiniz.

                   Tibbi müayinə kartını iş yerinizin yerləşdiyi əraziyə nəzarət edən Gigiyena və Epidemiologiya
Mərkəzinə müraciət edərək əldə edə bilərsiniz.

                   “Tibbi müayinə kart” (TMKS) Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilən məlumatları
özündə saxlayan elektron informasiya sistemidir. Müxtəlif sahələrdə çalışan, işə daxil olarkən
və ya sonradan dövri tibbi müayinədən keçməsi tələb olunan vətəndaşların ( obliqat qruplar )
vaxtlı-vaxtında müayinədən keçmələrinə nəzarətin təkmilləşdirilməsi məqsədi ilə Səhiyyə
Nazirliyinin Rabitə və İnformasiya Texnologiyaları, Maliyyə və Ədliyyə Nazirlikləri ilə
razılaşdırılmış təklifinə əsasən, Nazirlər Kabinetinin 12 iyun 2006-cı il tarixli 142 saylı qərarı ilə
“«Tibbi müayinə kartı» sisteminin tətbiqi Qaydaları” təsdiq edilib. Bununla əlaqədar Səhiyyə
Nazirliyi tərəfindən Tibbi müayinə kartı sisteminin tətbiqinə başlanıb. Həyata keçirilən
sistemin məqsədi müayinə prosesinin nəticələri üzrə vahid mərkəzləşdirilmiş və lokal
məlumat bazalarının yaradılması və bununla da prosesdə iştirak edən qurumlar arasında
məlumat mübadiləsinin səmərəliliyinin artırılması, Gigiyena- Epidemiologiya Mərkəzləri
(GEM) və poliklinikalar tərəfindən prosesə nəzarətin gücləndirilməsidir.

                   Həkimin sertifikasiya dövrü ərzində davamlı tibbi təhsil (DTT) üzrə fəaliyyəti onun tərəfindən
tərtib olunmuş növbəti təqvim ilinə nəzərdə tutulmuş plan əsasında həyata keçirilir. Həkimin
sertifikasiya dövrü ərzində DTT üzrə fəaliyyəti isə hesabatda əks olunur. Planın və hesabatın
tərtibi və təsdiqi elektron məlumat sistemi vasitəsilə həyata keçirilir. Plan və hesabatın tərtibi
üçün hər bir həkim kabinet.e-sehiyye.az saytında qeydiyyatdan keçməlidir. Daha sonra
“Müraciətlərim” bölməsindən “Həkimlər üçün davamlı tibbi təhsil kabineti” adlı xidmətdən
istifadə etməlidir. Bu xidmətdən istifadə etmək üçün həkim müvafiq il üçün fərdi peşəkar
inkişaf planına məlumatları daxil edir. Bu zaman peşəkar inkişafın illik hesabatı da formalaşır.
Yəni plana daxil edilmiş məlumatlar əsasında hesabat avtomatik yaranır. Həkim DTT
fəaliyyətini sübut edən təsdiqləyici sənədləri hesabatın müvafiq hissələrinə daxil edir.
Mütaliə, audiovizual dinləmələrin sübutu üçün təsdiqləyici sənəd tələb olunmur.
Eyni zamanda Səhiyyə Nazirliyinin Elmi-Tibbi Şurası tərəfindən akkreditə olunmuş tədbirləri
və Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu tərəfindən keçirilən
kursları plana ümumi siyahıdan seçib daxil etmək imkanı möcvud olduğundan, həkimin İştirak
etdiyi həmin tədbirlərdən və kurslardan əldə etdiyi kreditlər avtomatik olaraq hesabata
oturur. Bu səbəbdən tədbirlərlə bağlı hesabata təsdiqləyici sənəd əlavə etməyə ehtiyac
olmur.
Həkimin planı və hesabatı elektron məlumat sistemi vasitəsi ilə müəssisənin rəhbəri
tərəfindən təsdiq olunur.