İT Biznes Analitika üzrə mütəxəssis

09/29/2025

İş yeri: Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzi
İş qrafiki: Tam ştat,5 günlük
İş saatı: 09:00-18:00
Əmək haqqı: 800 Azn

Vəzifə öhdəlikləri

• Müəssisənin fəaliyyət istiqamətləri üzrə biznes proseslərin təhlilini aparmaq və optimallaşdırılması ilə bağlı təkliflər hazırlamaq
• Struktur bölmələrin fəaliyyətinə dair məlumatları toplamaq, təhlil etmək və analitik hesabatlar hazırlamaq
• Biznes tələblərinin müəyyənləşdirilməsi və sənədləşdirilməsini həyata keçirmək
• Yeni informasiya sistemləri və rəqəmsal həllər üçün funksional tələblərin hazırlanmasında iştirak etmək
• Layihələrin icrası zamanı biznes tərəfdaşlarla və texniki komandalarla koordinasiyanı təmin etmək
• Müxtəlif məlumat mənbələrindən əldə edilən məlumatların təhlili əsasında rəhbərliyə təklif və tövsiyələr təqdim etmək

• Biznes proseslərin rəqəmsallaşdırılması və təkmilləşdirilməsi üzrə təşəbbüslərdə iştirak etmək
• Analitik təqdimatlar, hesabatlar və təqdimat materialları hazırlamaq
• Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək

Namizədə tələblər

• Ali təhsil (İqtisadiyyat, biznesin idarə edilməsi, informasiya texnologiyaları və ya digər uyğun sahə üzrə)
• Biznes analiz sahəsində bilik və təcrübə
• Analitik düşünmə və biznes prosesində yaranmış problemi həll etmə bacarığı
• MS Office proqramlarında, xüsusilə Excel və PowerPoint proqramlarında işləmə bacarığı
• Biznes proseslərin modelləşdirilməsi üzrə biliklər
• Komandada işləmək və effektiv ünsiyyət bacarığı
• Azərbaycan dilini sərbəst bilmək
• Peşəkar inkişaf və təlim imkanları
* ⁠Mail: hr@rsm.gov.az ⁠subject: Biznes Analitik