Elektron səhiyyə standartları və təsnifatlarının nəşriyyatı şöbəsinin mütəxəssisi

02/20/2026

İş yeri: Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzi
Əmək haqqı: 600
İş qrafiki: 5 günlük 09:00-18:00
Vəzifə: Mütəxəssis

Vəzifə öhdəlikləri
• Elektron səhiyyə üzrə beynəlxalq və yerli standartların tətbiqinə dəstək vermək;
• Tibbi təsnifat sistemləri və digər beynəlxalq və yerli standartların tətbiqi, adaptasiyası və nəşrini təmin etməkdə iştirak etmək;
• Normativ sənədlərin hazırlanmasında iştirak etmək;
• Şöbə rəhbəri tərəfindən verilən tapşırıqları icra etmək;
• Elektron səhiyyə sahəsində yeni texnologiyaların və metodologiyaların tətbiqinə dəstək göstərmək.
Namizəd üçün tələblər
• Ali təhsil (standartlaşdırma və təsnifatlaşdırma üzrə );
• Minimum 2-3 il iş təcrübəsi;
• Elektron səhiyyə, tibbi təsnifat sistemləri və beynəlxalq standartlar (ICD, SNOMED, HL7, FHIR və s.) üzrə biliklər;
• Analitik düşüncə və komanda ilə işləmək bacarığı;
Üstünlük verilir
• Elektron səhiyyə layihələrində iştirak təcrübəsi;
• Beynəlxalq təlimlərdə, konfranslarda və işçi qruplarda iştirak;
• İT sistemləri və məlumat idarəçiliyi üzrə əlavə biliklər.

Mail: hr@rsm.gov.az
Subject: Mütəxəssis