Köməkçi (Junior) Database Administratoru

02/24/2026

İş yeri: Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzi
İş qrafiki: 5 günlük 09:00-18:00
Əmək haqqı: 600 (artan)

Əsas vəzifələr:

Verilənlər bazalarının gündəlik monitorinqi və sadə əməliyyatların icrası (backup yoxlanışı, xidmətlərin statusu).

Zabbix və ya digər monitorinq alətlərindən gələn alertlərin ilkin yoxlanışı və eskalasiya.
Backup/restore prosedurlarının icrasında senior DBA-ya dəstək.
Verilənlər bazası istifadəçilərinin yaradılması, icazələrin verilməsi və kiçik konfiqurasiya işləri.
Logların toplanması və ilkin diaqnostika üçün məlumatların hazırlanması.
Təhlükəsizlik patch-lərinin və kiçik yeniləmələrin tətbiqinə kömək.
Texniki sənədlərin və əməliyyat qeydlərinin aparılmasına kömək.

Tələblər:

Kompüter elmləri və ya əlaqəli sahədə bakalavr və ya əməliyyat təcrübəsi.
Linux əsaslarında işləmək üzrə ilkin bilik (bash scripting üstünlükdür).
PostgreSQL və ya MySQL/Oracle ilə tanışlıq; praktik təcrübə arzu olunur.
Monitorinq alətləri (Zabbix/Prometheus) ilə tanışlıq üstünlükdür.
SQL yazmaq üzrə əsas bacarıqlar.
Diqqətli, öyrənməyə açıq və komandada işləyə bilən.

Arzu olunan:

Əvvəlcə DBA və ya sistem inzibatçılığı üzrə təcrübə (1-2 il).
Scripting (bash, Python) və avtomatlaşdırma alətləri üzrə ilkin bilik.
İngilis dili üzrə oxuma və texniki sənədləri anlama bacarığı.

Mail: hr@rsm.gov.az
Subject: Mütəxəssis