"Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi" növbəti təlimlərə başladı.
05/26/2022
26.05.2022-ci il tarixdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi publik hüquqi şəxsi tərəfindən, tabeliyindən asılı olmayaraq narkoloji xidmət göstərən tibb müəssisələrinə “Narkoistifadəçilər barədə elektron məlumat bazası” elektron proqramına qoşulmasına dair qaydaların öyrənilməsi üzrə təlimlərə başlanılmışdır.
Təlimlərdə Bakı və regionlardakı tibb müəssisələrinin mütəxəssislərinə proqramın istifadə qaydaları və üstünlükləri izah edilmişdir. Həmçinin təlimdə narkoistifadəçilər barədə məlumatların vaxtı-vaxtında vahid səhiyyə informasiya sisteminə yerləşdirilməsi, aylıq və rüblük hesabatların sistemdən əldə olunması ilə bağlı müvafiq təqdimatlar nümayiş etdirilmişdir.
Təlimin sonunda təlim iştirakçılarının sualları cavablandırılmış, eləcə də proqram moduluna daxil olmaq üçün müvafiq icazələr verilmişdir.
Təlimlər 01.06.2022-ci il tarixinədək davam edəcək.