Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi ilə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.

05/27/2022


27.05.2022-ci il tarixdə Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsəd-zadə ilə Türkiyə Səhiyyə Nazirliyinin nümayəndələri arasında görüş keçirilib.
Görüşdə ölkəmizdə elektron səhiyyə mövzusunda görülən işlərlə yaxından tanış olmaq məqsədilə mövcud sistemlərin təqdimatı nümayiş olunmuşdur. Həmçinin tərəflər arasında səhiyyə sahəsində əməkdaşlıq və birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
İşgüzar və səmimi şəraitdə keçən görüş zamanı tərəflər həmçinin Azərbaycanda elektron səhiyyə standartları və kodlama sistemləri mövzusunda müzakirələr aparmışdır.