Rusiyalı mütəxəssislər Azərbaycanın səhiyyə müəssisələri ilə tanış olublar.

06/10/2022


Rusiyalı mütəxəssislər Azərbaycanın səhiyyə müəssisələri ilə tanış olublar.
Rusiya Elmlər Akademiyasının Tibbi Nanobiotexnologiya kafedrasının rəhbəri professor Vladimir Pavloviç Çexonin və Fundamental tibb bölümünün rəhbəri akademik Mamed Əliyev Cavadoviç Azərbaycana səfəri çərçivəsində ölkəmizdə səhiyyə sahəsində görülmüş işlərlə bağlı İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı və Bakı Sağlamlıq Mərkəzində görüşlər keçirilib. Bakı Sağlamlıq Mərkəzinin icraçı direktoru Asiman Həsənov qonaqları mərkəzlə tanış edərək fəaliyyəti ilə bağlı ətraflı məlumat verib.
Bakı Sağlamlıq Mərkəzinə istinadla bildirir ki, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Təlim və Simulyasiya Mərkəzində görülmüş işlər barədə universitetin rektoru professor Əziz Əliyev tərəfindən qonaqlara ətraflı məlumat verilib və universitetdə yaradılmış şəraitlə tanış edib. Təlim və Simulyasiya Mərkəzinin rəhbəri Zəhra Vəzirova aparılan təlim-tədris prosesi, tələbələrin biliklərinin qiymətləndirilməsi sahəsində tətbiq olunan yeniliklər barədə çıxış edib. Qonaqlar bu günə qədər Azərbaycanda səhiyyə sahəsində görülən işləri yüksək qiymətləndirib və təlim-tədris üçün yaradılan şəraitdən məmnunluqlarını bildiriblər.
Mənbə: azertag.az