Səhiyyə nazirinin müavini BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin sessiyasında iştirak edir.
06/16/2022
İyunun 16-da Birləşmiş Millətlər Təşkilatının (BMT) Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 82-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatı ilə əlaqədar nümayəndə heyəti İsveçrənin Cenevrə şəhərində səfərdədir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədri Bahar Muradovanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində həmçinin səhiyyə nazirinin müavini İlqar Qasımov təmsil olunur.
Sonuncu beşinci dövri hesabatın təqdimatı sessiya üzvləri tərəfindən maraqla dinlənilib, tövsiyələr nəticəsində qanunvericilik islahatlarının keçirilməsi yüksək qiymətləndirilib.
Qeyd edək ki, Azərbaycan Hökuməti qadın hüquqlarının təşviqi sahəsində beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsinə xüsusi önəm verir.
Mənbə: sehiyye.gov.az