Respublika Uşaq Sanatoriyasında şəhid ailələri üçün sanator-kurort və bərpa-müalicə xidmətləri təşkil olunub.
06/21/2022
Şəhid ailələrinə, qazilərə diqqət və qayğı dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir. Azərbaycanın qəhrəman oğulları dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün ərzində tariximizin ən şərəfli səhifələrindən birini yazdılar. Qələbəni şəhidlərimizin qanı, eyni zamanda, əsgər və qazilərimizin döyüşlərdə böyük fədakarlığı hesabına qazandıq. Şəhid ailələrinin övladlarına qayğı və xidmət göstərmək hər zaman mənəvi borcumuzdur.
Səhiyyə Nazirliyi mütəmadi olaraq şəhid övladlarına və onların analarına sanator-kurort və bərpa-müalicə xidmətlərini təşkil edir.
Səhiyyə Nazirliyinə istinadla bildirir ki, növbəti belə bir aksiya Buzovna qəsəbəsində yerləşən Respublika Uşaq Sanatoriyasında həyata keçirilib.
Ongünlük sanator-kurort və bərpa-müalicə xidmətlərindən 18-i uşaq və 10-u ana olmaqla 28 nəfər yararlanıb.
Respublika Uşaq Sanatoriyasında onlar həkim müayinələrindən keçib və fizioterapiya müalicələri, maqnit terapiyası, elektrostimulyasiya, elektrofarez, fonoforez, müalicəvi bədən tərbiyəsi, inhalyasiya, masaj, Naftalan müalicələrini qəbul ediblər.
Eyni zamanda, istirahətlərini səmərəli və effektiv keçirməkləri üçün müxtəlif növ əyləncə tədbirləri və ekskursiyalar təşkil olunub.
Mənbə: azertag.az