Xaricdə təhsil alan tibb işçilərinin fəaliyyətinə icazə veriləcək

07/30/2022




Xarici ölkələrdə təhsil alan tibb və əczaçılıq işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün Səhiyyə Nazirliyinin müvafiq komissiyasında sənədlərini təsdiq etməlidirlər. Müvafiq sənədlərin elektron qaydada həyata keçirilir. Bununla bağlı tibb işçiləri Azərbaycan Respublikasında tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul olmağa buraxılması üçün http://e-sehiyye.gov.az saytına daxil olduqdan sonra, Səhiyyə Nazirliyinin təqdim etdiyi elektron xidmətlərin siyahısından "Xarici ölkələrdə ali və orta ixtisas təhsili almış, diplomdan sonra ixtisaslaşma keçən tibb və əczaçılıq işçilərinin işə buraxılması üçün müraciətin və sənədlərin qəbulu" xidməti vasitəsilə müraciət edə bilərlər.


Həmçinin xarici ölkələrdə ixtisaslaşma keçən (internatura və klinik ordinatura) tibb işçilərin elektron ərizələridə bu portal vasitəsilə yüklənməlidir.