Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə” işçi qrupunun növbəti iclası keçiriləcək

08/04/2022


Avqustun 5-i saat 15:00-da Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “Səhiyyə” işçi qrupunun video-konfrans formatında növbəti iclası keçiriləcək.

Toplantıda Səhiyyə işçi qrupunun Fəaliyyət Planı təsdiq olunduqdan sonra Plana müvafiq olaraq görülmüş işlər, eyni zamanda görüləcək tədbirlərin müzakirəsi aparılacaq. Əvvəlki iclasın Protokolunda qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, yeni təklif və tədbirlər nəzərdən keçiriləcək.

İclasda Səhiyyə Nazirliyi, İcbari Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Statistika Komitəsinin, həmçinin Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Səhiyyə” işçi qrupunun aidiyyatı nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Toplantıda iştirakla bağlı daha ətraflı məlumatı aşağıdakı linkə keçid etməklə əldə etmək olar:
https://azranking.az