Valideyn himayəsindən məhrum 28 ukraynalı uşaq Bakıda laborator-instrumental müayinələrdən keçib.

08/22/2022


Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin dəstəyi ilə ukraynalı uşaqlar Bakıda reabilitasiya kursu keçirlər.

Səhiyyə Nazirliyinə istinadla bildirir ki, valideyn himayəsindən məhrum olan 7-17 yaş arası 28 uşaq nazirliyin Sanator-Kurort Reabilitasiya Mərkəzində ilk olaraq pediatr müayinəsi, ümumi müayinələr də daxil olmaqla, laborator-instrumental müayinələrdən keçib.

Uşaqlar mərkəzdə psixiatr və psixoloqlarla görüşüb. Tam müayinələr bitdikdən sonra ukraynalı uşaqlar fizioterapevt və reabilitoloq tərəfindən qəbul olunacaq. Fizioterapevtik müalicələrə ehtiyacı olanlar üçün müalicə kursu da təyin olunub.

Sanator-Kurort Reabilitasiya Mərkəzində uşaqların istirahəti üçün hər cür şərait yaradılıb. Burada olduqları müddətdə onlara Azərbaycan xalqının tarixini əks etdirən yerlərə və mərkəzlərə ekskursiyalar təşkil olunacaq.
Mənbə: azertag.az