Sudan Azərbaycanla tibbi təhsil əlaqələrinin inkişaf etməsində maraqlıdır

09/06/2022


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru Gəray Gəraybəyli ilə Sudanın Azərbaycandakı səfiri Mustafa Abdelhaleem arasında görüş keçirilib.

ATU-a istinadla bildirir ki, görüş zamanı professor Gəray Gəraybəyli qonağa ATU haqda ətraflı məlumat verib. Rektor müasir dünya standartlarına uyğun tədris prosesi qurulan universitetdə təhsilin keyfiyyətinin daha da yüksəldilməsi üçün ardıcıl işlər aparıldığını qeyd edib.

Səfir M.Abdelhaleem rektorla görüşməkdən və fikir mübadiləsi aparmaqdan məmnun olduğunu bildirərək, gələcəkdə ATU-nun timsalında ölkələrimiz arasında tibbi təhsil əlaqələrinin inkişaf etməsində maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, hazırda ATU-da 10 Sudan vətəndaşı təhsil alır. Onların 4-ü müxtəlif kursların, daha 4 nəfəri hazırlıq kursunun dinləyiciləridir, 2 nəfər isə rezidentdir.

Görüşdə ATU-nun ümumi işlər üzrə prorektoru Nizami Adilov, beynəlxalq əlaqələr üzrə prorektor Orxan İsayev, xarici tələblərlə iş üzrə dekan Qorxmaz Əhmədov da iştirak edib.
Mənbə: azertag.az