XƏBƏRDARLIQ! E-bülletenlə bağlı

04/14/2025

Sığortaolunanlar üçün xəstəlik vərəqələri tərtib etmək hüququna malik olan tibb müəssisələrinin diqqətinə!

“Xəstəlik vərəqələrinin verilməsi və müalicə-sağlamlıq məqsədləri üçün ödənişlərin təyin edilməsi və verilməsi qaydalarının təsdiqi haqqında” 1993-cü il 8 yanvar tarixli 9 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 4 aprel tarixli 199 nömrəli Qərarı və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 21 yanvar 2025-ci il tarixli, 3-28/3-1-17/2025 nömrəli əmrinə əsasən, 01 may 2025-ci il tarixindən etibarən xəstəlik vərəqələrinin (bülletenlərin) yalnız elektron formada tərtib olunaraq təqdim edilməsi tələb olunur.
Qeyd olunan tarixdən sonra kağız daşıyıcılarda təqdim edilən xəstəlik vərəqələri etibarsız hesab ediləcək və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qəbul edilməyəcəkdir.
Bu baxımdan, bütün aidiyyəti tibb müəssisələrindən aşağıdakı tədbirlərin vaxtında icra olunması xahiş olunur:
• Dövlət tibb müəssisələrində fəaliyyət göstərən müalicə həkimlərinin "SİMA" rəqəmsal mobil tətbiqi vasitəsilə hüquqi imzanın əldə olunması;
• “Vahid Səhiyyə İnformasiya Sistemi” (VSİS) çərçivəsində müvafiq icazələrin təmin edilməsi və texniki dəstək üçün 814 Çağrı Mərkəzinə müraciət etməyiniz tövsiyə olunur.