Tibb Universitetində şəhidlərin xatirəsi yad edilib

09/27/2022


Bu gün bütün Azərbaycan xalqımız müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır.

Azərbaycan Tibb Universitetinin (ATU) rəhbərliyi, professor-müəllim heyəti də haqq savaşı dövründə müqəddəs həkim peşələrini yerinə yetirərkən şəhid olan məzunların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət ediblər.

Universitetin kollektivi abidənin önünə təzə gül dəstələri düzüb, əklil qoyub, şəhidlərimizi yad edib, onlara Allahdan rəhmət diləyiblər.

Sonra mərasim iştirakçıları ATU tələbələrinin əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.

Bu gün Anım Günü ilə əlaqədar olaraq saat 12:00-da ATU-nun bütün tədris binalarında, auditoriyalarda, mühazirələr və məşğələlərdə şəhidlərimizin xatirəsinı yad etmək məqsədilə 1 dəqiqəlik sükut elan edilib. Universitet üzrə keçirilən dərslərdə də Vətən müharibəsi ilə bağlı müzakirələr aparılıb, şəhidlərimizin ruhu yad edilib.
Mənbə: azertag.az