SpaceX Starship kosmik gəmisinin ilk orbital uçuş testini yaxın zamanda reallaşdıra bilər

01/12/2023


Keçən il ərzində SpaceX şirkəti dəfələrlə Starship kosmik gəmisinin ilk orbital uçuş testini reallaşdırmağa çalışsa da bu prosesi hər dəfə təxirə salmalı oldu. Şirkət son ümid olaraq kosmik gəminin ilk orbital uçuş testini dekabr ayında reallaşdırmağı hədəfləmişdi. Lakin nəticədə bu, baş vermədi. SpaceX-in sahibi olan Elon Musk isə bunu yaxın zamanda reallaşdırmağa ümid edir. Onun sözlərinə əsasən Starship-in ilk orbital uçuş testi ya gələn ya ya da mart ayında baş tuta bilər. “Bizim gələn ayın sonuna üçün real şanslarımız var. Lakin uçuşun mart ayında baş tutması daha inandırıcı görünür” - deyə Musk bildirib.

Qeyd etmək lazımdır ki, Starship sistemi özündə 50 metr hündürlüklü Starship kosmik gəmisini və 70 metr hündürlüklü Super Heavy ağır raketini birləşdirir. Starship kosmik gəmisini Yer kürəsinin orbitinə çatdırılmasında məhz Super Heavy ağır raketi iştirak edəcək. İlk orbital uçuş testi çərçivəsində Starship Yer kürəsi ətrafında bir dəfə dövr edəndən sonra Sakit okena düşməlidir. Super Heavy ağır raketinin pillələri isə kosmik gəmini orbital uçuşa göndərəndən sonra xüsusi platformaya eniş edəcəklər. Gələcəkdə insanların və müxtəlif növ yüklərin Aya və Marsa daşınmasında məhz Starship-dən istifadə ediləcək. Buna görə də SpaceX şirkəti bu layihəyə olduqca böyük diqqət ayırır.
Mənbə: https://technote.az/