“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin xidmət masası fəaliyyət göstərir

01/19/2023


“Bakı KOB evi”ndə Səhiyyə Nazirliyinin struktur bölmələri tərəfindən sahibkarlara bir sıra xidmətlər göstərilir. Sahibkarlar aşağıdakı xidmətlər üçün Səhiyyə Nazirliyinin “Bakı KOB evi”ndə fəaliyyət göstərən mütəxəssislərinə müraciət edə bilərlər:
- dərman vasitələrinin Azərbaycan Respublikasının ərazisinə idxalına icazə; - dərman vasitəsinin dövlət qeydiyyatı haqqında qeydiyyat vəsiqəsinin verilməsi; - gəminin sanitariya nəzarətindən keçməsi və ya sanitariya nəzarətindən azad edilməsi haqqında şəhadətnamənin verilməsi; - üzmə hüququ üçün gəmi (daxili sularda üzən gəmilər üçün) sanitariya şəhadətnaməsinin verilməsi; - narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının idxalına və ixracına icazə verilməsi; - əczaçılıq və tibb müəssisəsində narkotik vasitələrin, psixotrop maddələrin, güclü təsir edən və ya zəhərli maddələrin dövriyyəsinə DİN-dən xüsusi icazənin alınması üçün rəyin verilməsi; - dərman vasitələri haqqında məlumatın verilməsi.
Qeyd edək ki, “Bakı KOB evi” (ünvan: Bakı şəhəri, akademik Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) həftəiçi 5 gün, saat 09.00-dan 18.00-dək fəaliyyət göstərir.
Mənbə: sehiyye.gov.az