Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda olub

02/06/2023


Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda (ETTOİ) olub.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq, elmi araşdırmalar və kadr yetişdirilməsi haqqında müzakirələr aparılıb.

Toplantıda iştirak edən səhiyyə nazirinin müavini İlqar Qasımov Vətən müharibəsi günlərində edilən hərtərəfli dəstəyə görə Türkiyə Respublikasının Ortopedi və Travmataloji heyətinə təşəkkürünü bildirib. Görüşdə 441 müəllif tərəfindən yazılan və professor Vedat Şahin tərəfindən nəşr edilən Travmatalogiya və Ortopediyanın əsasları haqqında 3 cildlik tədris kitabı İnstituta hədiyyə edilib.

Sonda qonaqlar ETTOİ-nin əməliyyatxana bloku, Artroplastika və artoskopiya şöbəsi ilə tanış olublar.
Mənbə: sehiyye.gov.az