28 May Azərbaycan Respublikasının Müstəqillik Günüdür!

05/28/2024

28 May – bu tarixdə ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalayıb. Cəmi 23 ay yaşasa da, Müsəlman Şərqində ilk Demokratik Cumhuriyyət kimi yaddaşlarda qalıb. Bu tarix daha öncə Respublika günü kimi qeyd edilsə də, Azərbaycan Respublikası Prezidentinin 15 Oktyabr 2021-ci il tarixli qərarı ilə “Müstəqillik Günü haqqında Azərbaycan Respublikasının Qanunu” qəbul edilmişdir. Qərarda yazılıb:


“Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi 1918-ci il mayın 28-də İstiqlal Bəyannaməsi ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin elan olunduğunu, 1991-ci il oktyabrın 18-də isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunduğunu nəzərə alaraq qərara alır:


Maddə 1. Mayın 28-i Müstəqillik Günü elan edilsin.

Maddə 2. Oktyabrın 18-i Müstəqilliyin Bərpası Günü elan edilsin.

Maddə 3. Müstəqillik Günü və Müstəqilliyin Bərpası Günü hər il bayram günləri kimi qeyd edilsin.”


Artıq 2022-ci il tarixdən etibarən 28 May ölkəmizdə Müstıqillik Günü kimi qeyd edilir. Bu gün münasibətlə bütün həmvətənlərimizi təbrik edirik!