15 İyun Milli Qurtuluş Günüdür!
06/15/2024
15 İyun – Milli Qurtuluş Günü Azərbaycan tarixinin 31 illik canlı salnaməsidir. Azərbaycan Dövlətinin ictimai, siyasi, mədəni həyatının dönüş nöqtəsi olan bu tarixi gün Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü il 15 iyuun tarixində Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Azırbaycan böyük ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu. Azərbaycanın bir dövlət kimi Beynəlxalq miqyasda tanınması, siyasi müstəvidə özünü ifadə etməsi məhz Ümummilli Liderin səylərinin nəticəsidir.
Heydər Əliyev hakimiyyətə gəlişi ilə Azərbaycanın gələcək inkişaf strategiyasını qurdu, böyük strateji yol xəritəsini müəyyənləşdirdi. Bu addımlar sayəsində ölkənin ictimai, siyasi, iqtisadi, mədəni həyatında baş verən xaos aradan qaldırıldı, daxili ixtişaşların qarşısı alındı. Bu istiqamətdə atılan addımlar nəticəsində azad, suveren, müstəqil Azərbaycanın təməli qoyuldu, sosial-iqtisadi dirçəlişə yol açan islahatlar başlandı.
Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq və qürur hissi ilə xatırlanır. Ümummilli Liderin Azərbaycan xalqı və dövllətçiliyi qarşısında ən böyük xidmətlərindən biri də onun siyasi irsinin layiqli davamçısı olan lideri-Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevi yetişdirməsidir. Ulu Öndərin uğurlu siyasətinin davamçısı, Azərbaycanı regional və dünya miqyasında siyasi arenada yüksək səviyyədə təmsil edən İlham Əliyevin səyləri nəticəsində Azərbaycan müstəqil siyasət yeritməyi bacaran, öz prinsipial mövqeyi olan ölkə kimi tanınır və inkişaf edir.