17 Iyun Tibb İşçilərinin Peşə Bayramı Günüdür!
06/17/2024
Artıq 23 ildir ki, 17 İyun tarixi Dövlət səviyyəsində Tibb İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir. Çünki, 17 İyun tarixinin qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 4 İyun tarixində imzaladığı Sərəncama əsaslanır. Ümummili Liderin bu günü Tibb işçilərinin Peşə bayramı kimi seçməsi təsadüfi deyil. Məhz 1918-ci il bu tarixdə Gəncədə Milli Hökumətin kabinəsində Səhiyyə və Sosial Təminat Nazirliyi yaradılıb və nazir vəzifəsi Xudadat bəy Rəfibəyliyə tapşırılıb.
Son illər ölkə səhiyyəsinin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni texnologiyaların bu sahəyə tətbiqi, aparılmış kadr islahatları bu sahəni dünyanın qabaqcıl ölkələrinin səviyyəsinə çıxarmağa imkan yaradıb. Tibb müəssisələrinin davam edən təmir və bərpası, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təmin olunması, müalicəsi, regionlarda diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, uşaqların bütün tibbi xidmətlərlə təmin edilməsi səhiyyə sahəsində aparılan islahatların əsas istiqamətlərini təşkil edir.
Şəfalandırmaq, sağlamlıq bəxş etmək vacib olduğu qədər də müqəddəs vəzifədir. Bu vəzifənin öhdəsindən məharətlə gələn, işinə, peşəsinə sadiq olan bütün tibb işçiləri hörmətə layiqdir. Bu adı ləyaqətlə təmsil edən bütün tibb işçilərinin peşə bayramını təbrik edirik.