17-20 iyun tarixlərində Amsterdam şəhərinin RAİ Konvensiya Mərkəzində növbəti “Səhiyyənin Transformasiya Sammiti” keçirilib.

06/20/2024

ABŞ-ın “Healthcare Ecosystem” Platforması və BCG məsləhət şirkətinin Dünya İqtisadi Forumu ilə birgə əməkdaşlığı çərçivəsində 17-20 iyun tarixlərində Amsterdam şəhərinin RAİ Konvensiya Mərkəzində “Səhiyyənin Transformasiya Sammiti” keçirilib. Sammit 2018-ci ildə ABŞ-da yaradılmış və səhiyyə ilə bağlı tədbirləri təşkil edən HLTH platforması tərəfindən keçirilən qlobal tədbirdir. Tədbirdə ümumilikdə Səhiyyə sistemləri üzrə provayderlər, hökumət, ödəyicilər (sığorta şirkətləri və işəgötürənlər), investorlar və akselerator mərkəzlər, startaplar, Səhiyyə texnologiya həlləri və xidmətləri göstərən müəssisələr, həyat elmləri, biotexnologiya və əczaçılıq və media nümayəndələrindən ibarət 3500 iştirakçı, 250-dən çox spiker, 300-dən çox sponsor, 50-dən çox ölkə iştirak edib. Sammitdə OECD-nin Səhiyyə şöbəsinin rəhbəri Francesca Colombo, HealthAI şirkətinin baş direktoru Ricardo Baptista Leite, ÜST Avropa Ofisinin Məlumat və Rəqəmsal Sağlamlıq şöbəsinin rəhbəri David Novillo Ortiz, Mayo Clinic Platformasının prezidenti və Səhiyyədə Süni İntellekt Koalisiyasının sədri Con Halamka, Beynəlxalq Sağlamlıq Nəticələrinin Ölçülməsi Konsorsiumunun sədri (ICHOM) Stefan Larsson və başqaları çıxış ediblər.
Sammitdə panel müzakirələr və keyslər vasitəsilə bir sıra məsələlər, o cümlədən, Məlumat Əsaslı Rəqəmsal Transformasiya, Səhiyyə Sisteminin Mövcudluğu, Transformasiyada İntibah, İşçi Qüvvəsinin Transformasiyası kimi mövzular müzakirə edilib. Sammitdə Səhiyyə Nazirliyinin “Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi”nin Rəhbəri Cəbrayıl Əsəd-zadə və TƏBİB nümayəndəsi Murad Mirzəyev iştirak ediblər.