26 İyun Silahlı Qüvvələr Günüdür!
06/25/2024
26 İyun Silahlı Qüvvələr Günüdür. Bu şanlı günün tarixi əsası 1918-ci il Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissənin yaradıldığı günə təsadüf edir. Həmin il AXC hökuməti tərəfindən 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qarşıya qoyuldu. Avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olunaraq, ilk nazir Xosrov bəy Sultanov təyin edildi. Dekabrın 25-də general Səməd bəy Mehmandarov hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin olundular. Ordu quruculuğu sahəsində ilk uğur da həmin il sentyabrın 15-də qazanıldı. Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. İlk hərbi parad 1919-cu ildə Bakıda indiki Muzey Mərkəzinin yerləşdiyi ərazidə keçirildi. 1920-ci il Azərbaycan Xalq Cümhuriyyəti süqutundan sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi, 15 general Nargin adasında güllələndi, vətənpərvər hərbçilər repressiya qurbanı oldular.
Müasir Azərbaycan Milli Ordusunun yaradılması isə 1991-ci il, müstəqilliyin bərpasından sonrakı dövrə təsadüf edir. Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra Milli Ordu Quruculuğunda yen canlanma yarandı. Dahi şəxsiyyətin çağırışı ilə genişmiqyaslı səfərbərlik keçirildi, hərbi hissələr nizamlandı. Azərbaycan Ordusunun ilk uğuru 1994-cü ilin yanvarın 5-dən 6-na keçən gecə Füzuli rayonunun 20 kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilməsi ilə başladı. Ordu quruculuğu işinə böyük önəm verən ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 iyun Silahlı Qüvvələr Günü elan olundu.
Bu gün Müasir Azərbaycan Ordusu Ali Baş Komandan, Ümummilli Lider Heydər Əliyev siyasi irsinin uğurlu davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında öz tarixinə zəfər imzası atmış Ordu kimi bütün vətəndaşların qürur mənbəyidir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində Ordumuzun qazandığı şanlı Qələbə Azərbaycan Tarixinə qızıl hərflərlə həkk olundu. Cəmi 44 gün davam edən müharibədən zəfərlə çıxaraq, 5 şəhər, 4 qəsəbə və 300-dək kəndin işğaldan azad edilməsinə nail oldu. Yaşasın Qalib Azərbaycan Ordusu!