Qanlı Yanvar faciəsindən 35 il ötür

01/20/2025

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakı şəhəri misli görünməyən qətliyamın şahidinə çevrildi. SSRİ hərbi qoşunları Bakı şəhərinə daxil olaraq, öz suverenliyini qorumaq üçün ayağa qalxan dinc əhaliyə qarşı amansız qətliyam törədib.
Azərbaycan xalqına qarşı törədilən bu vəhşilik, bütün bəşəriyyətə qarşı törədilmiş amansız terror aktıdır. Bu qanlı faciə nəticəsində 147 nəfər şəhid olub, 638 nəfər yaralanıb və xəsarət alıb, 841 nəfər qanunsuz olaraq həbs edilib. Bu da insan hüquqlarına dair bir çox beynəlxalq sənədlərin, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin tələblərinin kobud şəkildə pozulması deməkdir.
20 Yanvar faciəsi Müstəqil Azərbaycan tarixinin qan yaddaşına çevrilib. Bu qətliyamda müstəqillik və suverenliyin əldə edilməsi uğrunda canlarından keçən, şəhidlik zirvəsinə yüksələn azadlıq fədailərinin əbədiyaşar xatirəsi daim xalqın yaddaşında qalacaq.