Bakıda Dövlət Qurumlarının İT Rəhbərlərinin V Zirvə Toplantısı keçirilib
03/03/2025
Paytaxt Bakıda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) təşkilatçılığı ilə dövlət qurumlarının İT rəhbərlərini bir araya gətirən V Zirvə Toplantısı keçirilib.
Tədbirin açılışında çıxış edən XRİTDX rəis müavini Allahverən İsmayılov, dövlət qurumlarının informasiya təhlükəsizliyi rəhbərləri üçün yaradılan bu platformanın beşinci dəfə təşkil olunduğunu vurğulayıb. O bildirib ki, bu görüşlər çərçivəsində mütəxəssislər sahədəki problemləri müzakirə etməklə yanaşı, yeni həll yolları və innovativ yanaşmalar barədə fikir mübadiləsi aparırlar.
Allahverən İsmayılovun sözlərinə görə, 2023-cü il Azərbaycan üçün informasiya təhlükəsizliyi baxımından mühüm hadisələrlə yadda qalıb. COP29 kimi qlobal tədbirin təşkili, prezident və parlament seçkilərinin informasiya təhlükəsizliyinin yüksək səviyyədə təmin olunması, həmçinin kritik informasiya infrastrukturunun siyahısının təsdiqi və yeni normativ-hüquqi bazanın yaradılması bu sahədə atılan əsas addımlardan olub.
O vurğulayıb ki, “Azərbaycan Respublikasının İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizliyə dair 2023-2027-ci illər üçün Strategiyası” çərçivəsində 2025-ci il həlledici mərhələlərdən biri olacaq. Çünki bu tarixə qədər strategiyanın əsas istiqamətlərinin icrası başa çatmalıdır.
Tədbirdə çıxış edən XRİTDX İdarə rəisi Tural Məmmədov, informasiya təhlükəsizliyi sahəsində əldə olunan nəticələri təqdim edib:
✅ 3 milyondan çox elektron-poçt emal edilib, onlardan 7%-i zərərli olduğu üçün bloklanıb.
✅ Dövlət qurumlarına 857 informasiya sızması və boşluq barədə bildiriş göndərilib.
✅ 298 təhlükəsizlik auditi həyata keçirilib.
✅ 100 dövlət qurumunun adından istifadə edən saxta domenlər aşkarlanaraq ləğv edilib.
✅ “govaz.am” adlı saxta domen müəyyən edilərək bloklanıb.
Bu göstəricilər ölkəmizin dövlət qurumlarının xarici kibertəhdidlərə məruz qaldığını və kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsinin vacib olduğunu göstərir.
XRİTDX yaxın aylarda Dövlət İnformasiya Ehtiyatları üzrə “Bug Bounty” proqramını elan edəcək. Bu proqram çərçivəsində informasiya təhlükəsizliyi üzrə mütəxəssislər aşkar etdikləri boşluqlara görə mükafatlandırılacaqlar.
Bundan əlavə, Azərbaycanda ilk dəfə İnformasiya Təhlükəsizliyi Riskləri Reyestrinin yaradılması üzərində iş aparılır. “Mitri Atack” platformasına bənzər təhdidlər və həllər kataloqunun hazırlanması da planlaşdırılır.
Tural Məmmədovun sözlərinə görə, bu il ölkədə "Ağıllı Şəhərlərdə Kibermüharibə" adlı xüsusi tədbir keçiriləcək. O bildirib ki, texnoloji inkişafla birgə “ağıllı evlər” və “ağıllı şəhərlər” konsepsiyası aktuallaşır və kibertəhlükəsizlik məsələlərinin bu istiqamətdə daha da önəmli olması diqqət mərkəzindədir. Tədbirdə əsas müzakirə ediləcək mövzular: