Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş “Nurlu ömrün işığı” mövzusunda konfrans keçirilib

05/04/2022

Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş “Nurlu ömrün işığı” mövzusunda konfrans keçirilib.

Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Nurlu ömrün işığı” adlı konfrans keçirilib..

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib, önünə gül dəstələri düzüblər.

Yeni Azərbaycan Partiyasının Mərkəzi Qərargahında keçirilən konfransda öncə ulu öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın, torpaqlarımızın müdafiəsi və azad edilməsi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.
Konfransda giriş nitqi ilə çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə xanım Əliyevanın zəngin, şərəfli ömür yolu bugünkü və gələcək nəsillər üçün parlaq nümunədir. O, həm peşəkar həkim-mütəxəssis, həm ləyaqətli ziyalı, həm vəfalı ömür-gün yoldaşı, həm də qayğıkeş ana kimi Azərbaycan tarixində silinməz izlər buraxıb. Zərifə xanımın çoxşaxəli fəaliyyəti ictimai əhəmiyyətli və faydalı olub. O, həm insanlara nur və şəfa bəxş edib, həm savadlı, peşəkar mütəxəssislərin yetişməsində fəal rol oynayıb, həm də gənc nəslin milli-mənəvi dəyərlər əsasında tərbiyəsi üçün örnək yaradıb: “Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi Zərifə xanım Əliyevanın adı ilə bağlıdır. Görkəmli alim dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub”.
Konfransda “Zərifə xanım Əliyevanın zəngin elmi irsi Azərbaycan tibb elminin parlaq səhifəsidir” mövzusunda çıxış edən səhiyyə naziri Teymur Musayev vurğulayıb ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın fitri istedadı, nadir biliyi və peşəkar bacarıqları, eyni zamanda insani keyfiyyətləri, qayğıkeşliyi və nəcibliyi gələcək nəsillər üçün nümunə və örnəkdir: “Azərbaycanın görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açan Zərifə xanım çox zəngin və mənalı ömür yolu keçib. Müasirləri tərəfindən “Cəmiyyətin təbibi” adlandırılan Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Zərifə xanım sevib-seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilirdi. “İnsan biliyi ilə mütləq cəmiyyətə fayda verməli, xeyirxah əməlləri ilə özündən sonra iz qoymalıdır”, - deyən Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Oftalmologiya üzrə milli kadrların hazırlanmasında böyük rol oynayan, elmin bu sahəsinin inkişafına dəyərli töhfələr verən akademik Zərifə Əliyevanın həyat fəlsəfəsi çoxşaxəli və zəngindir. Azərbaycan Dövlət Tibb Universitetini bitirəndən sonra Moskvada Həkimləri Təkmilləşdirmə İnstitutunda təhsil alan, sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə Əliyevanın elmi araşdırmaları, alim kimi qazandığı böyük uğurlar Azərbaycanın tibb elmi tarixində xüsusi yer tutur. Zərifə xanımın beynəlxalq konfrans və simpoziumlarda alimlərin müzakirə mövzusuna çevrilən elmi nailiyyətləri Azərbaycan səhiyyəsinin dünyada daha geniş tanınmasına imkan verib. Zərifə Əliyeva ətrafına nur saçan böyük ziyalı idi. Bütün həyatı boyu ona pənah gətirənlərin gözlərinə şəfa verən Zərifə xanım malyariya və traxomaya qarşı fədakarlıqla mübarizə aparan pedaqoq-alim, professor Əziz Əliyevin yolunu özünə örnək götürərək, oftalmologiya elminə böyük töhfələr verib”.

“Zərifə xanımın insani keyfiyyətləri onun elmi və peşə fəaliyyətindən heç də az dəyərli deyil. Alicənablıq, sadəlik, nur, nəciblik, qayğıkeşlik, ailəsinə bağlılıq onu ən gözəl səciyyələndirən sözlərdir. Təsadüfi deyil ki, ölkəmizin bugünkü sürətli inkişafını, beynəlxalq nüfuzunu, möhtəşəm uğurlarını təmin edən Prezident İlham Əliyev, dövlətimizin ərazi bütövlüyünü bərpa edən Müzəffər Ali Baş Komandan məhz belə bir ailədə dünyaya gəlib, formalaşıb. Azərbaycan Prezidentinin bilik və bacarığının, qətiyyət və müdrikliyinin təməlində ulu öndər Heydər Əliyevlə yanaşı, sözsüz ki, Zərifə xanımın da təsiri var. Zərifə xanım kimi müdrik bir insanın ocağının hər bir üzvünə onun nurundan pay düşüb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ehtiyacı olanların pənah yeri kimi tanınır, insanlara qayğısı ilə hər kəsin sevgisini qazanıb. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafında onun böyük zəhməti var”, - deyə səhiyyə naziri vurğulayıb.

Xəbərlər və yeniliklər
Akademik Zərifə xanım Əliyevaya həsr edilmiş “Nurlu ömrün işığı” mövzusunda konfrans keçirilib

Aprelin 28-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr edilmiş “Nurlu ömrün işığı” adlı konfrans keçirilib.

“Akademik Zərifə Əliyeva – xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda çıxış edən YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Zərifə Əliyevanın əsl elm fədaisi, görkəmli tədqiqatçı-alim kimi akademik dairələrdə böyük nüfuz və hörmətə malik olduğu barədə elmi və ictimai mənbələrdə kifayət qədər rəy və mövqe mövcuddur. Gözəl ana, qayğıkeş həyat yoldaşı kimi dəyəri isə ulu öndər Heydər Əliyevin, ölkə başçısı İlham Əliyevin kövrək xatirələrində əksini tapır: “Zərifə xanım Əliyeva bütün şəraitlərdə nəciblik, mərhəmət, sədaqət və fədakarlıq kimi keyfiyyətləri öz simasında birləşdirməyi bacaran bir insan kimi xatırlanmaqdadır”.
Konfransda “Dünya şöhrətli alim, görkəmli oftalmoloq” mövzusunda çıxış edən Milli Məclisin səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov vurğuladı ki, akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərimizdən idi. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir, ixtisaslı gənc həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir: “Dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar məhz akademik Zərifə Əliyevaya məxsusdur”, - deyə akademik Əhliman Əmiraslanov fikrini tamamladı.