“Ölüm haqqında tibbi şəhadətnamə" nin (Forma AZS-106) elektron registri

06/06/2022

    
                         Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron Xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında  dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər  Kabinetinin  2012-ci il  17  oktyabr  tarixli  235  nömrəli qərarı ilə  təsdiq  edilmiş “Elektron xidmət növlərinin  siyahı”nın  14.14-cü bəndində  uyğun  olaraq   “Ölüm  haqqında  tibbi şəhadətnamə” elektron  registrinin yaradılması məqsədilə proqram  modulu  2019-cu ildə Səhiyyə Nazirliyi tərəfindən yaradılmışdır. Bu məqsədlə  respublikanın  müvafiq  tibb müəssisələri  tərəfindən  ölüm  halı  zamanı məlumatları “Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi”nə (VESKS) daxil edildikdən sonra “Ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106) rəhbər  şəxsin  elektron  imzası  ilə  təsdiqləndikdən sonra 3 nüsxədə çap edilərək, bir nüsxəsi həmin müəssisədə saxlanılmaqla, digər nüsxələrinin Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə və ölmüş şəxsin qohumlarına  verilməsi təmin edilir. 
      Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi  publik hüquqi şəxsi tərəfindən 09.10.2019-22.11.2019 il tarixinədək  respublikanın  ayrı-ayrı tibb müəssisələrinin  məsul şəxslərinə “Ölüm haqqında tibbi şəhadətnamə” (Forma AZS-106 ) proqram  modulu  üzrə  təlimlər  keçirilmişdir. Təlimlərdə  proqramın istifadə qaydaları eləcə də “Ölüm haqqında tibbi şəhadətnamə”nin  doldurulması zamanı ölümün  səbəblərinin “XBT-10” üzrə kodlaşdırılmasının geniş  izzahı  verilmişdir.
    Təlimlərdə  İnformatika və Statistika İdarəsinin tibb müəssisələri üzrə kuratorları iştirak etmişdir.